Təqdim olunan məqalədə bəzi sintetik və təbii polimerlər iştirakında tərkibində maqnetit nanohissəcikləri olan hidrogel struturları dizayn edilmişdir. Maqnetit nanohissəciklərin hidrogel tərkibində soçökdürmə metodu ilə sintezi həyata keçirilmiş və model preparat kimi tripsindən istifadə etməklə proteinin immobilizə olunması tədqiq edilmişdir. Gel matrisaya maqnetit xassəli nano Fe3O4 hissəciklərinin mikro miqdarlarının daxil edilməsi gelin fermentə görə tutumunu artırır, həmçinin spesifik aktivliyi və davamlılığının maqnetit Fe3O4 nanohissəciyi olmayan gel ilə müqayisədə dəfələrlə gücləndiyi müşahidə edilmişdir. Başqa sözlə maqnetit Fe3O4 nanohissəciyi fermentin immobilizə dərəcəsini artırmaqla yanaşı onun bioloji aktivliyinin də yüksəlməsinə səbəb olur ki, bu da gel tərkibində fermentin maqnetit nanohissəcikləri ilə davamlı əlaqədə olmasının təzahürüdür
doi.org/10.32737/0005-2531-2024-97-104