Bi2–Bi2Se3–Bi2Te3 sistemində faza tarazlıqları differensial termiki analiz (DTA), rentgenfaza analizi (RFA) və skanedici elektron mikroskopiya (SEM) üsulları ilə müəyyən edilmişdir. Təcrübi nəticələr əsasında sistemin otaq temperaturunda bərkfaza tarazlıqları diaqramı, likvidus səthinin proyeksiyası və faza diaqramının bəzi politermik kəsikləri qurulmuşdur. Sistemdə fazaların ilkin kristallaşma və homogenlik sahələri, həmçinin non- və monovariant tarazlıqların tipləri və koordinatları təyin olunmuşdur. Sistemdə Bi8Se9–Bi8Te9, BiSe–BiTe və Bi4Se3–Bi4Te3 kəsikləri boyunca fasiləsiz bərk məhlul sıraları, digər bismut selenid və telluridləri əsasında isə geniş bərk məhlul sahələri aşkar edilmişdir. Qurulmuş faza diaqramları verilmiş tərkibli bərk məhlulların sintezi və monokristal halında alınması üçün istifadə edilə bilər
doi.org/10.32737/0005-2531-2024-76-88