ISSN 0005-2531 (Print) ISSN 2522-1841 (Online)
KVANT KİMYƏVİ HESABLAMALARIN KATALİZDƏ ROLU: İCMAL
S.Ə.Cəbiyeva, N.A.Zeynalov, D.B.Tağıyev

Məqalədə kvant kimyəvi tədqiqat metodlarının doymuş karbohidrogenlərin katalizi kimi perspektivli istiqamətdə, xüsusən də molekulların keçid vəziyyətlərinin öyrənilməsində yüksək rolundan bəhs edilir. Nəzəri təhlil kataliz və kvant kimyəvi tədqiqat üsullarının   katalitik proseslərdə tətbiqi  əsasında aparılır. Hesablama kimyası katalizatorların strukturunu və fiziki xassələrini, həmçinin aktivləşdirilmiş kompleksin strukturunu və enerjisini hesablamağa imkan verən effektiv vasitədir. Bu icmalda keçid vəziyyətinin strukturunu müəyyən etmək üçün kifayət qədər dəqiq və eyni zamanda daha az enerji sərf edən metodun müəyyənləşdirilməsinə xüsusi diqqət yetirilir. Kvant kimyəvi hesablamalarının ən populyar üsulları təqdim olunmuşdur ki, bunlar arasında sıxlığın funksional nəzəriyyəsi (SFN), B3LYP, OLYP, PBE funksionalları və 6-31G, LANL2DZ bazis dəstləri xüsusi rol oynayır. Bəzi müəlliflər tərəfindən C-H rabitələrının aktivləşdirilməsi və funksionallaşdırılması üçün katalizatorları müəyyən etmək üçün kvant kimyəvi hesablama ilə yanaşı maşın öyrənməsi (ing. machine learning, ML) istifadəsi qeyd edilmişdir. Heterogen kataliz üçün hesablama kimyasının üstünlükləri və çatışmazlıqları müzakirə olunur. Keçid metal kompleksləri əsasında katalizatorların tədqiqatlarının nəticələri ümumiləşdirilmişdir. Qeyd olunur ki, keçid metallarına əsaslanan nanokompozitlər C-H rabitələrini aktivləşdirərkən reaktivliyə cavabdeh olan d-orbitallarına görə tədqiqatçıların diqqətini cəlb edir. İcmalda həmçinin katalizator kimi keçid metalı nanokompozitlərindən istifadə etməklə n-alkanların selektiv oksidləşməsinin katalitik proseslərini öyrənmək üçün kvant kimyəvi hesablamalarının aparılması planları göstərilmişdir. Bu icmal yeni katalizatorların inkişafı və kimyəvi reaksiya mexanizmlərinin öyrənilməsi məqsədi ilə hesablama kimyası üsullarının gələcək tətbiqləri üçün faydalı olacaqdır

doi.org/10.32737/0005-2531-2024-1-5-28

Açar sözlər : kvant kimyəvi hesablamalar, kataliz, sıxlıq funksional nəzəriyyəsi (SFN), keçid vəziyyətinin quruluşu, karbohidrogenlərin seçici oksidləşməsi
Məqaləyə baxın
QEYDİYYAT
JURNALIN SONUNCU SAYI
№1 2024
MÜNDƏRİCAT
- KVANT KİMYƏVİ HESABLAMALARIN KATALİZDƏ ROLU: İCMALS.Ə.Cəbiyeva, N.A.Zeynalov, D.B.Tağıyev
- GÜNƏBAXAN JMIXININ PROTEAZI-PENDİR FERMENTASİYA PROSESLƏRİNİN PERSPEKTİV BİOKATALİZATORU: TƏCRİDİ, TƏMİZLƏNMƏSİ, XÜSUSİYYƏTLƏRİAmal Kaluş, Urida Ayssaui, V.V.VerxoturovDavamı