ISSN 0005-2531 (Print) ISSN 2522-1841 (Online)
NADIR TORPAQ ELEMENTLƏRININ (NTE) – La, Ce, Nd, Sm, Eu, Gd, Tb, Dy, Ho, Er, Tm, Yb, Lu 3-(2-HIDROKSI-3-SULFO-5-NITROFENILHIDRAZO)PENTAN-2,4-DIONLA KOMPLEKSƏMƏLƏGƏTIRMƏSI VƏ ONLARIN TULLANTI SULARINDA TƏYINI
R.Ə.Əliyeva, P.Q.Həsənov, S.İ.Əzimova, F.M.Çıraqov, K.T.Mahmudov

 

 Nadir torpaq elementlərinin (NTE) – La, Ce, Nd, Sm, Eu, Gd, Tb, Dy, Ho, Er, Tm, Yb, Lu  3-(2-hidroksi-3-sulfo-5-nitrofenilhidrazo)pentan-2,4-dionla kompleksəmələgətirməsi spektrofotometrik, konduktometrik və potensiometrik titrləmə ilə tədqiq edilmişdir. Nadir torpaq elementlərinin (NTE) 3-(2-hidroksi-3-sulfo-5-nitrofenilhidrazo)pentan-2,4-dionla komplekslərinin davamlılıq sabitləri növbəti ardıcıllıqla dəyişir: Lu>Yb>Tm>Er>Ho>Dy>Tb>Gd>Eu> >Sm>Nd>Ce>La. Nadir torpaq elementlərinin ion radiusunun azalması davamlılıq sabitinin və molyar udmanın artmasına səbəb olur lakin metal liqand:L=1:2  nisbətinə təsir etmir. Kənar ionların və pərdələyicilərin kompleksəmələgəlməyə təsiri oyrənilmişdir. Nadir torpaq elementlərinin (NTE) tullantı sularında təyini üçün spektrofotometrik metodika işlənib hazırlanmışdır

Açar sözlər : kompleksəmələgəlmə, lantanoid ionları, 3-(2-hidroksi-3-sulfo-5-nitrofenilhidrazo)pentan-2,4-dion, komplekslərin davamlılıq sabiti
Məqaləyə baxın
QEYDİYYAT
JURNALIN SONUNCU SAYI
№3 2026
MÜNDƏRİCAT
- TURŞ ELEKTROLİTDƏN SÜRMƏ İONLARININ ELEKTROREDUKSİYA PROSESİNİN ÖYRƏNİLMƏSİN.A. Əliyeva Məmmədova, S.F. Cəfərova, S.P. Cavadova, Ş.A. İbrahimova, A.A. Əliyev, S.D. Dadaşova, M.F. Nəbiyeva, M.T.Abbasov, H.Ç. Əliyeva, D.B. Tağıyev
- AĞIR METALLARLA ÇİRKLƏNMİŞ SULARIN TƏMİZLƏNMƏSİ ÜÇÜN QARPIZ QABIĞI ADSORBENTİ: RSM OPTİMALLAŞDIRILMASI ÜÇÜN GAUSSIAN PROSES REQRESSİYASIM. Abubakar, Y. A. Musti, I. U. Usman, U. Ç. Ulakpa, A. M. Abubakar, M. Al-HedrevyDavamı