ISSN 0005-2531 (Print) ISSN 2522-1841 (Online)
PAMBIQ YAĞI TRİQLİSERİDLƏRİ, ETANOLAMİNLƏR VƏ ORTOFOSFAT TURŞUSU ƏSASINDA YENİ SƏTHİ-AKTİV MADDƏLƏRİN SİNTEZİ VƏ XASSƏLƏRİ
İ.A.Zərbəliyeva

 

Pambıq yağı triqliseridlərinin monoetanolaminlə qarşılıqlı təsirindən pambıq yağı turşu fraksiyasının monoetilolamidi alınmış və ortofosfat turşusu ilə fosfatlaşdırılmışdır. Bu fosfat törəməsinin sonradan mono-, di- və trietanolaminlə reaksiyalarından müvafiq etanolamin kompleksləri sintez edilmişdir. Alınmış komplekslərin quruluşu və tərkibi NMR (1H və 13C) və İQ spektroskopiya üsulları ilə təsdiqlənmişdir. Etanolamin komplekslərinin bəzi fiziki-kimyəvi gös­tə­ri­ciləri təyin edilmiş, stalaqmometrik üsulla onların su-kerosin sərhədində yüksək səthi aktivliyə malik olduğu gös­tərilmişdir. Laboratoriya sınaqları nəticəsində müəyyən edilmişdir ki, bu komplekslər qüvvətli neftyığıcılıq və neft­dispersləmə xassələrinə malikdir. Bu onların tətbiqi ilə su səthindən nazik neft təbəqələrini kənar etməyə imkan verir.

 

Açar sözlər : pambıq yağı triqliseridləri, etanolaminlər, monoetilolamid, monoetilolamidofosfat, etanolaminofosfat kompleksləri, səthi aktivlik, neftyığma, neftdispersləmə
Məqaləyə baxın
QEYDİYYAT
JURNALIN SONUNCU SAYI
№1 2024
MÜNDƏRİCAT
- KVANT KİMYƏVİ HESABLAMALARIN KATALİZDƏ ROLU: İCMALS.Ə.Cəbiyeva, N.A.Zeynalov, D.B.Tağıyev
- GÜNƏBAXAN JMIXININ PROTEAZI-PENDİR FERMENTASİYA PROSESLƏRİNİN PERSPEKTİV BİOKATALİZATORU: TƏCRİDİ, TƏMİZLƏNMƏSİ, XÜSUSİYYƏTLƏRİAmal Kaluş, Urida Ayssaui, V.V.VerxoturovDavamı