Aldehidlərin, ketonların, spirtlərin, turşuların, mürəkkəb efirlərin və polimerlər kimi üzvi sintezin qiymətli məhsullarının alınması məqsədilə krekinq və piroliz qazlarının birgə emalı üçün kimyəvi-texnoloji komleks (KTK) təklif olunub. Bu KTK-in prinsipial sxemi yaradılıb. Krekinq və piroliz qurğularının güclərini nəzərə alaraq bu qazların tərkibinin qiymətləndirilməsinin nəticələri göstərilib. KTK-in material balansının hesablanmasının asanlaşdırılması məqsədilə kompleksin müəyyən regionlar üzrə bölgüsü aparılıb. Etilen regionuna daxil olan hər bir prosesin və bütövlüklə bu regionun sabit şəraiti üçün material balansının hesablanması aparılıb. Regionun material balansının hesablanması üçün ona daxil olan hər bir prosesin texnoloji parametrlərinin rejimləri mövcud olan sənaye-kimyəvi və layihələndirilmə mərhələsində olan proseslərdən götürülüb.
