SELLÜLOZTƏRKİBLİ TƏBİİ MATERİALLARDAN SELLÜLOZUN XÜSUSİ XASSƏLİ TÖRƏMƏLƏRİNİN ALINMASI VƏ ONLARIN ƏSAS İSTİFADƏ SAHƏLƏRİ
Makromolekullarında müxtəlif karboksimetil qrupları olan karboksimetilsellülozun natrium və kalium duzları (Na-, K-KMS) laboratoriya şəraitində sintez olunmuşdur. Bu proseslərdə əsas xammal kimi təmizlənmiş ağac yonqarından və pambıqtəmizləmə zavodlarının tullantılarından istifadə edilmişdir. Alınmış məhsulların əsas istifadə sahələri kimi quyulardan emulsiya üsulu ilə neftin çıxarılması və mineral gübrə dənələrinin kapsullaşdırılması təsdiqlənmişdir. Na-KMS-nin emulsiya üsulu ilə neftçıxarmada, K-KMS-nin isə gübrə dənələrinin kapsullaşdırılmasında istifadəsi prosesləri tədqiq olunmuşdur. Başqa emulqatorlarla müqayisədə Na-KMS-nin quyulardan yüksək neftçıxarma əmsalını təmin etməsi müəууən edilmişdir.
Açar sözlər : sellüloz, törəmələr, xüsusi xassələr, neftçıxarma əmsalı, emulsiya üsulu, polimer səthi-aktiv maddələr, suyun səthi gərilməsi
Məqaləyə baxın
QEYDİYYAT
JURNALIN SONUNCU SAYI
№4 2024MÜNDƏRİCAT
- XİTOZANIN MÜXTƏLİF MÜHİTLƏRDƏ KVATERNİZASİYASI VƏ KVATERNİZƏ OLUNMUŞ XİTOZANA DƏRMAN MADDƏLƏRİNİN İMMOBİLIZASİYA OLUNMASI- AŞAĞI SIXLIQLI/YÜKSƏK TƏZYİQLİ POLİETİLEN NANOKOMPOZİTLƏR ÜÇÜN C60/C70 (85/15) İLƏ AŞQARLANMIŞ FULLEREN DUDASININ ANTİOKSİDLƏŞMƏ EFFEkTLİYİNİN QİYMƏTLƏNDİRİLMƏSİDavamı