Yüksək effektli və neft və qazda həll olmayan plastik sürtkülər dispers mühit kimi bitki yağlarından (gənəgərçək yağı, soapstok, kanifol, oksidləşdirilmiş və yodlaşdırılmış pambıq yağı) istifadə etməklə hazırlanmışdır. Oksidləşdirilmiş pambıq yağı onun hidrogen peroksidlə kalium permanqanat olan sistemdən hava üfürməklə oksidləşdirilməsi ilə alınmışdır. Müəyyən edilmişdir ki, pambıq yağının turşuluğu artmır. Hidrogen peroksidin miqdarı 20%-ə qədər artdıqca yağın özlülüyü artır, bu göstəricinin sonrakı artımı ilə o az dəyişir ki, bu da hidrogen peroksidin qlikol əmələ gətirməklə tam reaksiyaya girdiyini sübüt edir. Pambıq yağının yod törəməsi onun kalium yodidlə sulfat turşusu iştirakında reaksiyasından alınır. Oksidləşdirilmiş və yodlaşdırılmış pambıq yağının miqdarının sürtkülərin damcı-düşmə temperaturuna təsiri öyrənilmişdir. Məlum olmuşdur ki, oksidləşdirilmiş pambıq yağının miqdarı 20%-ə qədər artdıqda damcıdüşmə temperaturu artır, sonra isə çox az dəyişir. Oksidləşdirilmiş və yodlaşdırılmış pambıq yağının 20% sərfi optimal hesab oluna bilər.
