ETİLEN İSTEHSALININ YAN MƏHSULLARININ EMALI
Etilen istehsalında EP-300 qurğusunda alınan yüngül və ağır qatranın emal prosesi tədqiq edilmişdir. Rektifikasiya və dondurma metodları ilə ayrılan benzolun təmizliyi 98.5%-ə qədər alınmışdır. Emal prosesində laboratoriyada işlənib hazırlanmış alüminium xlorid və toluol əsasında sintez olunmuş, benzol və toluolun pirokondensatın tərkibində artmasını təmin edən kompleks katalizator istifadə edilmişdir. Ağır qatrandan yüksək təmizliyi olan (98.9%) naftalinin ayrılması prosesi işlənib hazırlanmışdır. Ağır qatranın emalında kub qalığında əmələ gələn bitum fiziki xüsusiyyətlərinə görə bitum boyalar və lakların istehsalında tətbiq oluna bilər.
Açar sözlər : etilen, yüngül qatran, ağır qatran, benzol, toluol, neft polimer qatran, katalizator, naftalin, bitum
Məqaləyə baxın
QEYDİYYAT
JURNALIN SONUNCU SAYI
№4 2024MÜNDƏRİCAT
- XİTOZANIN MÜXTƏLİF MÜHİTLƏRDƏ KVATERNİZASİYASI VƏ KVATERNİZƏ OLUNMUŞ XİTOZANA DƏRMAN MADDƏLƏRİNİN İMMOBİLIZASİYA OLUNMASI- AŞAĞI SIXLIQLI/YÜKSƏK TƏZYİQLİ POLİETİLEN NANOKOMPOZİTLƏR ÜÇÜN C60/C70 (85/15) İLƏ AŞQARLANMIŞ FULLEREN DUDASININ ANTİOKSİDLƏŞMƏ EFFEkTLİYİNİN QİYMƏTLƏNDİRİLMƏSİDavamı