ISSN 0005-2531 (Print) ISSN 2522-1841 (Online)
Mo(VI)-NIN 2,3,4-TRİHİDROKSİBENZOL-4'-SULFOAZONAFTАLİN VƏ SƏTHİ AKTİV MADDƏ İŞTİRAKINDA FOTOMETRİK TƏYİNİ
K.S.Abdullayeva, C.İ.Mirzai, F.M.Çıraqov

 

Fotometrik metod vasitəsi ilə Mo(VI)-nın 2,3,4-trihidroksibenzol-4'-sulfoazonaftalın  və səthi aktiv maddə (SPCl– setilpridinxlorid, SPBr – setilpridinbromid, STMABr – setiltrimetilam-moniumbromid) iştirakında kompleks əmələ gətirməsi tədqiq olunmuşdur. Qarışıq liqandlı komplekslərinin əmələ gəlmə şəraiti  müəyyən edilmiş kompleks birləşmələrin tərkibi molyar udma əmsalı və dərəcəli qrafiklə tabeçilik intervalı müəyyən edilmişdir. Kompleks əmələ gəlməyə kənar ionların təsiri öyrənilmişdir. İşlənmiş metodika axıntı sularında Mo(VI)-nın təyini üçün istifadə edilmişdir.

 

Açar sözlər : molibden, səthi aktiv maddələr, setilpiridinxlorid, setilpiridinbromid, setiltrimetilammoniumbromid, spekrofotometriya, fotometriya
Məqaləyə baxın