ISSN 0005-2531 (Print) ISSN 2522-1841 (Online)
MÜXTƏLİF ÜSULLARLA ALINMIŞ POLİMER QARIŞIQLARININ XASSƏLƏRİNİN TƏDQİQİ
D.S.Məmməd-Həsənzadə

Polimerlərin müxtəlif üsullarla bərk fazada, məhlulda və emulsiyada alınmış qarışıqlarının xassələri tədqiq edilmişdir. Göstərilmişdir ki, istilik-mexaniki təsiri nəticəsində polimerlərin bərk fazada alınan qarışıqlar əsasında müxtəlif xassələrə malik kompozisiya materiallarının alınması mümkündür. Müəyyən edilmişdir ki, 5–10 k.h. PVX əlavə edilməsi, elsatomerlərin doymamışlığının və onlarda birləşmiş xlorun miqdarının artmasına səbəb olur. Elastomerlərin reaksiya qabiliyyətinin artması onlar əsasında müxtəlif təsirlərə davamlı kompozisiyaların alınmasına imkan verir. Elastomerlər – SKEP-50 və SKEPT-60 və funksional polimerlər – PVX və XAPP ilə ayrı-ayrılıqda durulaşdırılmış məhlullardan alınmış qarışıqların xassələri öyrənilmişdir. Göstərilmişdir ki, belə qarışıqlarda kimyəvi əlaqələnmənin olmamasına baxmayaraq, alınmış qarışıqlarda fiziki əlaqələnmə baş verir. Nəticədə qarışıqlarda birləşmiş xlorun olduğu və ilkin komponentlərin quruluşundan fərqli olaraq yeni quruluşun əmələ gəldiyi müxtəlif üsullarla təsdiq edilmişdir. SKEP-50, SKEP-60-ın və PVX-ın emulsiyaları alınmış və qarışdırılmışdır. Emulsiyaların qarışığının fiziki-kimyəvi xassələri və qarışıqlardan alınan polimer qatının İQ spektri və davamlılığı öyrənilmişdir. Göstərilmişdir ki, ilkin polimerlərin emulsiyalarından fərqli olaraq emulsiya qarışığı yüksək fiziki-kimyəvi və davamlılıq xassələrinə malikdir və qoruyucu örtük kimi istifadə oluna bilər

Açar sözlər : bərk faza, qarışıqlar, sopolimerlər, polivinilxlorid, birləşmiş xlor, funksional polimerlər, özlülük, quru qalıq, davamlılıq
Məqaləyə baxın
QEYDİYYAT
JURNALIN SONUNCU SAYI
№1 2024
MÜNDƏRİCAT
- KVANT KİMYƏVİ HESABLAMALARIN KATALİZDƏ ROLU: İCMALS.Ə.Cəbiyeva, N.A.Zeynalov, D.B.Tağıyev
- GÜNƏBAXAN JMIXININ PROTEAZI-PENDİR FERMENTASİYA PROSESLƏRİNİN PERSPEKTİV BİOKATALİZATORU: TƏCRİDİ, TƏMİZLƏNMƏSİ, XÜSUSİYYƏTLƏRİAmal Kaluş, Urida Ayssaui, V.V.VerxoturovDavamı