ISSN 0005-2531 (Print) ISSN 2522-1841 (Online)
İYT-DİAPAZONLU ELEKTROMAQNİT ŞÜALANMA İLƏ STİMULLAŞDIRILAN REAKSİYALARIN KATALİZATORLARI ÜÇÜN MƏSAMƏLİ Al/Al2O3 DAŞIYICININ SİNTEZİ
Y.N.Litvişkov, M.R.Əfəndiyev, E.M.Hüseynova, N.V.Şakunova, P.A.Muradova

 

Məqalədə alüminium hidroksid hidrogelinin iştirakı ilə  sənaye alüminium tozlarının sonradan İYT sahəsində reaksiyada bişirilməklə  hidrotermal işlənilməsi yolu ilə mikrodalğalı şüalanmanı aktiv udan məsaməli Al/Al2O3 – daşıyıcıların alınma imkanının tədqiqat nəticələri göstərilmişdir. Nümunələrin termiki işlənilməsi (bişirilmə) EM-G5593V (Panasonic) markalı mikrodalğalı sobanın bazasında quraşdırılmış qurğuda, 2450 MHs işçi tezlikdə, şüalanma generatorunun 800 Vt maksimal giriş gücü ilə  həyata keçirilirdi. Müəyyən edilmişdir ki, İYT sahəsində termiki işlənilmə zamanı  Al/Al2O3 daşıyıcıların məsaməli strukturunun formalaşma prosesləri alüminium-oksid matrisalarının ənənəvi qızdırılma şəraitində formalaşma sürətindən əhəmiyyətli dərəcədə yüksək olan sürətlə baş verir. Tekstur xarakteristikalara əsasən sintezləşdirilmiş kompozitlər ifratyüksək tezlikli (2,45 GHs) elektromaqnit sahəsi ilə stimullaşdırılan reaksiyaların katalizatorları üçün  potensial daşıyıcılar kimi istifadə edilə bilər

Açar sözlər : elektromaqnit şüalanma, ifratyüksək tezlikli diapazon, İYT enerji, dissipasiya, alüminium, armaturlaşdırma, alüminium oksidi, dielektrik itkisi
Məqaləyə baxın
QEYDİYYAT
JURNALIN SONUNCU SAYI
№1 2024
MÜNDƏRİCAT
- KVANT KİMYƏVİ HESABLAMALARIN KATALİZDƏ ROLU: İCMALS.Ə.Cəbiyeva, N.A.Zeynalov, D.B.Tağıyev
- GÜNƏBAXAN JMIXININ PROTEAZI-PENDİR FERMENTASİYA PROSESLƏRİNİN PERSPEKTİV BİOKATALİZATORU: TƏCRİDİ, TƏMİZLƏNMƏSİ, XÜSUSİYYƏTLƏRİAmal Kaluş, Urida Ayssaui, V.V.VerxoturovDavamı