Hazırki işdə yüksək qatılıqda üzvi maddə (şəkər) iştirakında Cr(VI)-nın reduksiya edici agent kimi dəmir Fe0 nanohissəcikləri iştirakında reduksiyası təcrübələri təqdim edilmişdir. Dövri təcrübələr əvvəl sintez edilmiş dəmir nano hissəciklərin effektivliyini sübut etmişdir. Dəmir nanohissəcikləri ilə Cr(VI) reduksiyasının effektivliyinin əsas parametrləri tapılmışdır. Onlar aşağıdakılardır: reduksiyanın müddəti (2 saat) və üzvi maddənin qatılığı. Müəyyən edilmişdir ki, reduksiya müddətinin 2 saatdan cox olması effektivliyi azaldır. Buna səbəbi yüksək qatılıqlı üzvi maddə Cr(VI) reduksiyasına inhibitor təsiri göstərməsidir. Bu 1) üzvi maddənin dəmir nanohissəciklərinin səthinə adsorbsiyası hesabina baş verir və nəticə olaraq aktiv sahələrin azalmasına səbəb olur, 2) reduksiya məhsulları ilə üzvi maddənin reaksiyası, 3) saxarozanın maye fazada həll olması sayəsində hesabina baş verir. Aparılan araşdırmaların nəticəsi olaraq torpaqda Cr(VI)-un effektiv reduksiyasında uzvi maddənin yüksək qatılığının təyin edilməsinin əhəmiyyəti müəyyən edilmişdir. Hazırda bu istiqamətdə işlər davam etdirilir
