2-HİDROKSİ-5Tr-BUTİLFENOL-4ꞌ-NİTROAZOBENZOLU TƏTBİQ EDƏRƏK ti(IV)-IN EKSTRAKSİYALI ATOM-ABSORBSİYA ÜSULU İLƏ TƏYİNİ
Titan(IV)-ün 2-hidroksi-5-Tr-butilfenol-4ꞌ-nitroazobenzolla kompleksi alınıb. Kompleksin əmələ gəlməsinin optimal şəraitləri öyrənilib. Kompleksin işıq udma spektri çəkilib və müxtəlif fiziki-kinmyəvi analitik xarakteristikaları hesablanmışdır. Molyar işıqudma əmsalı 4.2·104, davamlılıq sabiti bк=(9.04±0.01)·108, kompleks əmələgəlmə reaksiyasının tarazlıq sabiti 3.4×104. Ber qanununa tabeçilik titanın 1–10 mq/sm3 qatılığında müşahidə olunur. Titan (IV)-ün xəlitələrdə təyininin yeni ekstraksiyalı-atom-absorbsiya üsulu işlənib
doi.org/10.32737/0005-2531-2019-4-100-104
Açar sözlər : Titan, atom-absorbsiya metodu, ekstraksiya, kompleksəmələgəlmə, spektrofotometr, azobirləşmə
Məqaləyə baxın