ISSN 0005-2531 (Print) ISSN 2522-1841 (Online)
AŞAĞI VƏ YUXARI SIXLIQLI POLİETİLEN QARIŞIĞI VƏ MİNERAL DOLDURUCULAR ƏSASINDA OLAN KOMPOZİT MATERİALLARIN EKSTRUZİYASININ TEXNOLOJİ XÜSUSİYYƏTLƏRİ
N.T.Qəhrəmanov, F.Ə.Mustafayeva, X.V.Allahverdiyeva

Aşağı sıxlıqlı polietilen və yuxarı sıxlıqlı polietilen   qarışığı və müxtəlif mineral doldurucular əsasında olan kompozit materilların ekstruziyasının optimal rejiminin tədqiqat nəticələri verilmişdir. Doldurcu olaraq montmorillonit, bentonit, alüminium hidroksid, və həmçinin onların montmorillonit+alüminium hidroksid və bentonit+alüminium hidroksid əsaslı cütt qarışıqları istifadə olunmuşdur. Müəyyən olunmuşdur ki, Aşağı sıxlıqlı polietilen  +50 kütlə% yuxarı sıxlıqlı polietilen  polimer qarışığının tərkibinə doldurucuların daxil edilməsi onların emalının optimal texnoloji rejiminə əhəmiyyətli təsir göstərir. Montmorillonit və bentonitin polimer qarışığın tərkibinə daxil edilməsi ərintinin axıcılıq göstəricinin kifayət qədər yüksək səviyyədə saxlanılması ilə müşayiət olunur. Alüminium hidroksidin daxil edilməsində kompozitlərin reoloji xüsusiyyətlərinin nəzərəçarpacaq dərəcədə pisləşməsi müşahidə olunur

doi.org/10.32737/0005-2531-2019-4-11-16

Açar sözlər : ekstruziya, alüminium hidroksid, montmorillonit, bentonit, reologiya
Məqaləyə baxın
QEYDİYYAT
JURNALIN SONUNCU SAYI
No 1 2020
MÜNDƏRİCAT
- PROPANIN QEYRİ-STASİONAR ŞƏRAİTİNDƏ GEDƏN PİROLİZİ PROSESİNİN İDARƏEDİLMƏSİA.M.Əliyev, A.R.Səfərov, İ.V.Balayev, İ.İ.Osmanova, A.M.Hüseynova
- ZSM-5 SEOLİT ƏSASLI BİMETALLİK KATALİZATORLAR İŞTİRAKINDA METANOLUN KARBOHİDROGENLƏRƏ ÇEVRİLMƏSİT.Ə.BabayevaDavamı