ISSN 0005-2531 (Print) ISSN 2522-1841 (Online)
ETİLBENZOLUN ALÜMOXROM KATALİZATORLARININ İŞTİRAKI İLƏ OKSİDLƏŞDİRİCİ DEHİDROGENLƏŞMƏSİNƏ KARBON DİOKSİDİN TƏSİRİ
M.T.Məmmədova

Əmələ gələn hidrogenin selektiv oksidləşdirilməsi yolu ilə etilbenzoldan stirolun daha səmərəli alınma prosesinin yaradılması məqsədilə mislə modifikasiya olunmuş alümoxrom katalizatorları hazırlanmış və onların aktivliyi O2 (hava), CO2 və CO2: hava qarışığının iştirakıbda öyrənilmişdir. Məlum olmuşdur ki, sintez olunmuş alümoxrom katalizatorları üzərində etilbenzoldan stirolun alınması prosesi yüksək intensivliklə gedir. Mislə modifikasiya olunmuş və 15 küt.% К2СO3 ilə promotorlaşdırılmış alümoxrom katalizatorları CO2-nin iştirakında üzərlərində əmələ gələn sıxlaşma məhsullarının oksidləşdirici sıxlaşma məhsullarlna çevrilməsi hesabına etilbenzolun konversiyasını 14, stirola görə selektivliyi isə 10% yüksəldirlər. CO2:hava oksidləşdirici qarışığındakı oksigen etilbenzolun birbaşa dehid­ro­genləşməsindən əmələ gələn hidrogenin selektiv oksidləşdirilməsində CO2-yə mane olur. Məlum olmuşdur ki, tərkibində 1.5–2.5% modifikator (Cu) olan alümoxrom katalizatoru etilbenzolun stirola oksidləşdirici dehidro­genləş­məsində daha yüksək selektivliyə malikdir

doi.org/10.32737/0005-2531-2021-2-69-79

Açar sözlər : Etilbenzol, stirol, oksidləşdirici dehidrogenləşmə, model alümoxrom katalizatorları, mislə modifikasiya, CO2:hava oksidləşdirici qarışığı, CO2, sıxlaşma məhsulları, oksidləşmiş sıxlaşma məhsulları
Məqaləyə baxın
QEYDİYYAT
JURNALIN SONUNCU SAYI
№1 2024
MÜNDƏRİCAT
- KVANT KİMYƏVİ HESABLAMALARIN KATALİZDƏ ROLU: İCMALS.Ə.Cəbiyeva, N.A.Zeynalov, D.B.Tağıyev
- GÜNƏBAXAN JMIXININ PROTEAZI-PENDİR FERMENTASİYA PROSESLƏRİNİN PERSPEKTİV BİOKATALİZATORU: TƏCRİDİ, TƏMİZLƏNMƏSİ, XÜSUSİYYƏTLƏRİAmal Kaluş, Urida Ayssaui, V.V.VerxoturovDavamı