Yarımkeçirici (Si), metal (Al) və smart material (TPhPFe3+OH/Al2O3) əsasında biomimetik sensorlar işlənib hazırlanmışdır. Yarımkeçiricinin (Si) elektrod kimi istifadə olunduğu bir biomimetik sensorun yüksək həssaslıq, stabillik və təkrar istifadəsi göstərdiyi müəyyən edilmişdir. Temperaturun asıllığı və smart material miqdarının biomimetik sensorların katalaz aktivliyinə təsiri öyrənilmişdir. Si-elektrodun katalaz aktivliyini öyrənərkən müəyyən olunmuşdur, ki smart materialın miqdarı və temperaturun sulu məhlulda hidrogen peroksidin aşkarlanma həddini, 10-6 küt.% təşkil edir. TPhPFe3+OH/Al2O3Al biomimetik sensorun katalaz aktivliyini öyrənərək müəyyən olunmuşdur, ki həssaslıq həddi 10-6 küt.% təşkil edir
doi.org/10.32737/0005-2531-2021-2-50-53