Hazırkı iş topa və çən həllolma üzrə apardığımız tədqiqatların davamıdır. Alunitin alunit filizindən əvvəlcədən yandırılmadan qələvi həllolmasının müxtəlif variantları öyrənilmişdir. İlk dəfə olaraq, topa və çən həllolma alunit filizinin qələvidə həllolmasının topa və çən həllolma parametrləri araşdırılmışdır. Təklif olunan üsullarla alüminiumu kasıb alunit filizindən də yuyub çıxarmaq mümkündür. 3%-li NaOH məhlulu ilə 17 dəfə çən yuma üsulu ilə alunitin çəki azalma faizi 30.65% edirsə, 10%-li NaOH-la 14 dəfə yumaqla bu azalma 47.82% edir. Alınan nəticələr perkolyasiya yolu ilə yumada da effektli olur. Məhluldakı qələvinin qatılığının və temperaturun artması həllolma prosesini intensivləşdirir. Bərk-maye fazalar nisbəti 1:5, qarışma sürəti 700 dövr/dəq, qələvinin qatılığı 110.9 q/l olduqda 800C temperaturda 60 dəq müddətində 96%-ə kimi alunit mineralı həll olub komponentləri ilə birlikdə məhlula keçir
doi.org/10.32737/0005-2531-2021-2-42-49
