Son illərdə funksional nanodolduruculardan istifadə etməklə polimer nanokompozitlərin hazırlanmasına daha çox diqqət yetirilir. Füllerenlər də daxil olmaqla karbon nanohissəcikləri antiradikal funksiyası olan perspektivli doldurucular kimi qəbul edilir. Lakin zəif uyğunluq bu qabaqcıl polimer materialların daha geniş istifadəsi üçün məhdudiyyətlər yaradır. İzotaktik polipropilen (PP), fülleren dudası (FD) və maleinləşdirilmiş yüksək sıxlıqlı polietilen (MPE) əsaslı kompozisiyalar ərintidə qarışdırma metodu ilə hazırlanmışdır. Alınan PP/FD/MPE nanokompozitlərinin mexaniki və termiki xassələri ətraflı öyrənilmişdir. PP matrisindəki MPE fraqmentləri, FD ilə polimer matris arasındakı uyğunluğu artırmış, nəticədə nanokompozitlərin mexaniki və istilik xüsusiyyətlərində yüksəlmə müəyyən edilmişdir
doi.org/10.32737/0005-2531-2021-2-24-28
