ISSN 0005-2531 (Print) ISSN 2522-1841 (Online)
QLİOKSAL TURŞUSUNUN TİOSEMİKARBAZONUNUN Cu(II) POLİMER KOMPLEKSİNİN DFT HESABLAMALARI, HIRSFELD ANALİZİ, ANTİMİKROB, ANTİFUNQAL XÜSUSİYYƏTLƏRİ
M.T.Hüseynova

 

Qlioksal turşusunun tiosemikarbazonunun Cu(II) polimer kompleksinin, antibakterial Pseudomonas aeruginosaMycobacterium phlei və göbələk əleyhinə Aspergillus niger, Penicillium Chrysogenium, Cladosporium resinae kimi müxtəlif mikroorqanizmlərə qarşı bioloji aktivliyə görə qiymətləndirilmişdir. Test edilmiş birləşmələrdən bəziləri mikroblara və funqisidlərə qarşı maraqlı təsir göstərmişdir. Bakteriyaları yetişdirmək üçün ət suyu aqardan, göbələklər üçün isə aqardan istifadə edilmişdir. Bu tədqiqatlar zamanı ligandın antibakterial təsir göstərmədiyini, lakin göbələklərə qarşı təsir göstərdiyini eyni zamanda mis polimer kompleksinin həm antibakterial, həm də antifungal təsir göstərdiyi məlum olmuşdur. Kompleksin antimikrob təsiri ligandın təsirindən xeyli yüksəkdir və bu təsir məhlulda kompleks birləşmənin konsentrasiyasının artması ilə artır. Kompleks DFT hesablamaları və Hirsfeld analizi ilə xarakterizə olunmuşdur. Sintez edilmiş kompleksin struktur, spektroskopik və kristalloqrafik xüsusiyyətlərinin nəzəri təyin edilməsi üçün DFT / TD-DFT hesablamaları aparılmışdır. Hirsfeld analizi vasitəsilə molekulyar kristallar ilə ekran detalları arasındakı qarşılıqlı əlaqə müəyyənləşdirilmişdir. Alınan nəticələr müvafiq nəzəri nəticələrlə müqayisə edilmişdir

Açar sözlər : thiosemicarbazon, bakteriya əleyhinə, göbələk əleyhinə təsir, DFT hesablamaları, Hirsfeld analizi
Məqaləyə baxın
QEYDİYYAT
JURNALIN SONUNCU SAYI
№1 2024
MÜNDƏRİCAT
- KVANT KİMYƏVİ HESABLAMALARIN KATALİZDƏ ROLU: İCMALS.Ə.Cəbiyeva, N.A.Zeynalov, D.B.Tağıyev
- GÜNƏBAXAN JMIXININ PROTEAZI-PENDİR FERMENTASİYA PROSESLƏRİNİN PERSPEKTİV BİOKATALİZATORU: TƏCRİDİ, TƏMİZLƏNMƏSİ, XÜSUSİYYƏTLƏRİAmal Kaluş, Urida Ayssaui, V.V.VerxoturovDavamı