YAŞIL OKSİDLƏŞDİRİCILƏRİN” – H2O2 VƏ N2O PARÇALANMASI VƏ PİRİDİNİN DİMERLƏŞMƏSİ KOHERENT-SİNXRONLAŞDIRILMIŞ REAKSİYALARI
Son illər hidrogen peroksid və azot-1 oksidi – "yaşıl oksidləşdiricilər" piridin əsaslı birləşmələrin katalitik oksidləşməsi üçün selektiv oksidləşdiricilər tədqiqatçıların çox diqqətini cəlb edir. Bu baxımdan, piridinin hidrogen peroksid və azot-1 oksidi ilə oksidləşməsi reaksiyası homogen şəraitdə, qaz fazasında, katalizatorlardan istifadə etmədən, atmosfer təzyiqində tədqiq edilmişdir. Piridinin hidrogen peroksid və azot-1 oksidi ilə selektiv oksidləşmə sahələri müəyyən edilmiş və neft-kimya, kimya və farmakologiya sənayesində tələb olunan qiymətli xammalların alınması üçün optimal şərait müəyyən edilmişdir
doi.org/10.32737/0005-2531-2021-4-6-11
Açar sözlər : azot-1oksid, hidrogen peroksid, koherent-sinxronlaşdırılmış,piridin, oksidləşmə
Məqaləyə baxın