ISSN 0005-2531 (Print) ISSN 2522-1841 (Online)
QƏLƏVİ QLİSİN ELEKTROLİTİNDƏN KOBALTIN ELEKTROÇÖKDÜRÜLMƏSİ
N.R.Abışova, Ü.M.Qurbanova, R.Q.Hüseynova, A.Ş.Əliyev

Məqalədə tsiklik və xətti potensiodinamik polyarlaşma əyrilərinin çəkilməsi yolu ilə qələvi qlisin elektrolitindən kobalt ionlarının elektrokimyəvi reduksiyasına dair tədqiqatlar təqdim olunur. Kobalt ionlarının mənbələrinin keyfiyyətini öyrənmək üçün kobalt duzu (CoCl2) 1.5 M qlisin məhlulunda həll edilmiş və elektrolitin pH-nı lazımı qiymətə çatdırmaq üçün məhlula NH4OH əlavə edilmişdir. Tsiklik polyarizasiya əyriləri çəkməklə kobalt ionlarının reduksiyasının potensial diapazonu müəyyən edilmişdir. Tədqiq olunan elektrolitdən kobaltın elektroçökmə prosesinə əsas komponentlərin konsentrasiyasının və temperaturun təsiri öyrənilmişdir. ip və ʋ1/2 arasında xətti asılılıqdan görünür ki, kobalt ionlarının qələvi qlisin elektrolitindən elektroçökdürülmə prosesi diffuziya polarizasiyası ilə idarə olunur. Bu da lgik – 1/T asılılığı ilə sübut olunur

doi.org/10.32737/0005-2531-2022-2-113-120

Açar sözlər : kobalt, elektroçökdürülmə, qlisin, polarizasiya, qələvi elektrolit
Məqaləyə baxın
QEYDİYYAT
JURNALIN SONUNCU SAYI
№1 2024
MÜNDƏRİCAT
- KVANT KİMYƏVİ HESABLAMALARIN KATALİZDƏ ROLU: İCMALS.Ə.Cəbiyeva, N.A.Zeynalov, D.B.Tağıyev
- GÜNƏBAXAN JMIXININ PROTEAZI-PENDİR FERMENTASİYA PROSESLƏRİNİN PERSPEKTİV BİOKATALİZATORU: TƏCRİDİ, TƏMİZLƏNMƏSİ, XÜSUSİYYƏTLƏRİAmal Kaluş, Urida Ayssaui, V.V.VerxoturovDavamı