ISSN 0005-2531 (Print) ISSN 2522-1841 (Online)
ETİLEN OKSİD VƏ CO2-DƏN SİNK FENOLYAT/İON MAYE KATALİZATORLARI İŞTİRAKI İLƏ ETİLEN KARBONATIN SİNTEZİ
E.F.Nəsirli, M.J.İbrahimova, M.X.Məmmədov, S.R.Rəfiyeva, F.Ə.Nəsirov

Etilen oksidin karbon qazı ilə tsiklobirləşmə reaksiyasından etilen karbonatın sintezi ZnY (burada, Y=metilen-bis, tio,-bis və ditio-bis alkil fenollar) formuluna malik sink-fenolyat katalizatorlarından, formulu RLX (burada R = H və ya C1-C8 alkil qrupları; L = [NMP]+, [MIM]+, [Py]+ və ya [Alkilamin] + kationları; X = Br–, НСОО–, СН3СОО– anionları) ion mayelərindən,  və ya seçilmiş optimal sink fenolyat və ion maye (Zn-fenolyat/ion maye) binar katalizatorlarından, yaxud formulu R2L2X2ZnY olan sintez edilmiş yeni ion maye katalizatorlarından istifadə etməklə aparılmışdır. Bu katalizatorların iştirakı ilə etilen oksidin çevrilməsi 32.0–99.0%, etilen karbonata görə seçicilik 81.0–100.0%, katalizatorun məhsuldarlığı 210.0–1501.0 q EK/q Kat, TOF isə 891.0–12000.0 mol EK/mol Kat·saat. Üzvi karbonatlar kifayət qədər böyük bazara malikdir (təxminən 1.8 milyon ton/il) və polimer sintezində monomerlər və həlledicilər, selektiv reagentlər, aralıq məhsulları (əczaçılıq və kənd təsərrüfatı preparatlarının sintezində), yanacaqlara əlavələr və s. sahələrdə geniş istifadə olunurlar

doi.org/10.32737/0005-2531-2022-2-69-86

 

Açar sözlər : metilen-bis, tio-bis, ditio-bis, sink alkilfenolyatlar, ion mayeləri, tsiklobirləşmə reaksiyası, etilen oksid, karbon qazı, etilen karbonat
Məqaləyə baxın
QEYDİYYAT
JURNALIN SONUNCU SAYI
№1 2024
MÜNDƏRİCAT
- KVANT KİMYƏVİ HESABLAMALARIN KATALİZDƏ ROLU: İCMALS.Ə.Cəbiyeva, N.A.Zeynalov, D.B.Tağıyev
- GÜNƏBAXAN JMIXININ PROTEAZI-PENDİR FERMENTASİYA PROSESLƏRİNİN PERSPEKTİV BİOKATALİZATORU: TƏCRİDİ, TƏMİZLƏNMƏSİ, XÜSUSİYYƏTLƏRİAmal Kaluş, Urida Ayssaui, V.V.VerxoturovDavamı