ISSN 0005-2531 (Print) ISSN 2522-1841 (Online)
YÜKSƏK SIXLIQLI POLİETİLEN VƏ ALÜMİNİUM ƏSASLI METALLA DOLDURULMUŞ SİSTEMLƏRİN REOLOJİ XÜSUSİYYƏTLƏRİ
X.V.Allahverdiyeva, N.T.Qəhrəmanov, M.İ.Abdullin, Q.S.Martınova, D.R.Nurullayeva

Məqalədə ilkin yüksək sıxlıqlı polietilenin və onun alüminium tozu ilə doldurulmuş kompozisiyalarının ərintisinin axınının reoloji xüsusiyyətlərinin tədqiqinin əsas prinsipləri nəzərdən keçirilmişdir. Metal-polimer sistemlərinin uyğunluğunu yaxşılaşdırmaq üçün 5.6 kütlə % malein anhidridi tərkibli yüksək sıxlıqlı polietilen calaq birgə polimeri kompatibilizator olaraq istifadə edilmişdir. İlkin yüksək sıxlıqlı polietilenin və 0.5 kütlə % və 5.0 kütlə % alüminium tozu tərkibli kompozitlərin axın əyriləri, effektiv özlülüyün yerdəyişmə sürətindən asılılıqları müəyyən edilmişdir. Arrenius koordinatlarında ərintinin effektiv özlülüyünün temperaturdan asılı olaraq dəyişməsinin qanunauyğunluğu müəyyən edilmişdir. Alınan əyrilər əsasında özlü axının aktivləşmə enerjisinin qiyməti müəyyən olunmuşdur. Kompozitlərin ekstruziya və təzyiq altında tökmə üsulları ilə emalına yaxın yüksək yerdəyişmə sürətində özlülük göstəricinin qiymətinin dəyişməsini proqnozlaşdırmağa imkan verən özlülük xüsusiyyətlərinin temperatur-invariant asılılığı qurulmuşdur

doi.org/10.32737/0005-2531-2022-2-40-46

Açar sözlər : özlülük, yerdəyişmə sürəti, yerdəyişmə gərginliyi, kompozitlər, polimer ərintisi
Məqaləyə baxın
QEYDİYYAT
JURNALIN SONUNCU SAYI
№1 2024
MÜNDƏRİCAT
- KVANT KİMYƏVİ HESABLAMALARIN KATALİZDƏ ROLU: İCMALS.Ə.Cəbiyeva, N.A.Zeynalov, D.B.Tağıyev
- GÜNƏBAXAN JMIXININ PROTEAZI-PENDİR FERMENTASİYA PROSESLƏRİNİN PERSPEKTİV BİOKATALİZATORU: TƏCRİDİ, TƏMİZLƏNMƏSİ, XÜSUSİYYƏTLƏRİAmal Kaluş, Urida Ayssaui, V.V.VerxoturovDavamı