ISSN 0005-2531 (Print) ISSN 2522-1841 (Online)
KARBOHİDROGEN SUBSTRATLARINA KÖKLƏNMİŞ AKTİV MƏRKƏZLƏRİ OLAN KOBALT POLİMER KATALİZATORLARININ İŞTIRAKI İLƏ ETİLBENZOLUN MAYE FAZADA OKSİDLƏŞMƏSİ REAKSİYASININ KİNETİKA VƏ MEXANİZMİNİN TƏDQİQİ
R.H.Süleymanova, N.A.Zeynalov, L.N.Qulubəyova, A.R.Quliyeva, K.C.Həsənova

Vinilfosfon turşusunun dietil efiri ilə  akril turşusunun  sopolimeri  və kobalt duzları əsasında  alınmış etilbenzola  köklənmiş  kobalt polimer  kompleksləri iştirakı ilə alkilaromatik karbohidrogenlərin xüsusən, etilbenzolun  maye fazada  oksidləşməsi reaksiyası öyrənilmişdir.Reaksiya həlledici olmadan 900C temperaturda,    atmosfer təzyiqində temperaturu tənzimləyən şüşə reaktorda aparılmışdır. Oksidləşmə prosesi oksigenin barbotaj üsulu ilə reaksiya kütləsindən keçirilməsi yolu ilə baş tutur. Göstərilmişdir ki, polimerin etilbenzola   köklənməsi  reaksiya məhsullarının alınma sürətini  əhəmiyyətli dərəcədə artırır. Müəyyən edilmişdir ki,  prosesin  heterogen-homogen  mexanizmi  radikalların səthdə əmələ gəlməsi, onların da öz növbəsində  maye fazaya keçərək, radikal-zəncir mexanizmi ilə reaksiya məhsullarına  çevrilməsi müəyyən edilmişdir. Kompleksin α-feniletil hidroperoksidinə köklənmə prosesinin xüsusiyyətləri tədqiq olunmuşdur.Aparılan tədqiqatların  nəticəsində α-feniletil hidroperoksidi, metilfenilkarbinol və asetofenon alınmışdır

doi.org/10.32737/0005-2531-2022-2-6-10

Açar sözlər : etilbenzol, oksidləşmə, maye faza, metalkompleks katalizatorları
Məqaləyə baxın
QEYDİYYAT
JURNALIN SONUNCU SAYI
№1 2024
MÜNDƏRİCAT
- KVANT KİMYƏVİ HESABLAMALARIN KATALİZDƏ ROLU: İCMALS.Ə.Cəbiyeva, N.A.Zeynalov, D.B.Tağıyev
- GÜNƏBAXAN JMIXININ PROTEAZI-PENDİR FERMENTASİYA PROSESLƏRİNİN PERSPEKTİV BİOKATALİZATORU: TƏCRİDİ, TƏMİZLƏNMƏSİ, XÜSUSİYYƏTLƏRİAmal Kaluş, Urida Ayssaui, V.V.VerxoturovDavamı