ISSN 0005-2531 (Print) ISSN 2522-1841 (Online)
HETEROGENLƏŞDİRİLMİŞ BİOMİMETİK KATALİZATORLAR ÜZƏRİNDƏ ETİL SPİRTİNİN ASETALDEHİDƏ KOHERENT-SİNXRONLAŞDIRILMIŞ PEROKSİDAZ OKSİDLƏŞMƏSİNİN KİNETİKASI
U.V.Məmmədova, I.T.Nağıyeva, L.M.Həsənova, T.M.Nağıyev

Yüksək katalaz aktivliyinə və aktiv aralıq reaksiya birləşmələrinə qarşı unikal davamlılığa ma­lik sintez edilmiş heterogen biomimetik PPFe3+OH/Al2O3, TPhPFe3+OH/Al2O3 və per-FTPhPFe3+OH/Al2O3 katalizatorların etil spirtinin hidrogen peroksidlə asetaldehidə oksidləşməsi reak­siyasında peroksidaz aktivlikləri tədqiq edilmişdir. Etil spirtinin hidrogen peroksidlə biomimetik selektiv oksidləşməsinin kinetik qanunauyğunluq­larının öyrənilməsi nəticəsində reaksiyanın iki: 1) katalaz və 2) peroksidaz reaksiyalardan ibarət koherent-sinxronlaşdırılmış xarakteri müəyyən edilmişdir. Heterogenləşdirilmiş biomimetik PPFe3+OH/Al2O3, TPhPFe3+OH/Al2O3 və per-FTPhPFe3+OH/Al2O3 katalizatorlar üzərində etil spirtinin asetaldehidə koherent-sinxronlaşdırılmış peroksidaz ok­sid­ləşməsinin kinetikası tədqiq edilmişdir. Sinxron baş verən reaksiyaların koherentliyini key­fiy­yət və kəmiyyətcə qiymətləndirilən determinant tənliyi və reaksiyanın koherentlik nisbəti əsasında pro­­sesin kinetik modeli tərtib edilmişdir.  Tərtib edilmiş kinetik model əsasında katalaz və pero­k­si­daz reaksiyaların effektiv sürət sabitləri üçün müvafiq kinetik ifadələr çıxarılmışdır. Prosesin kine­tik modeli eksperimental nəticələrin yüksək adekvat təsviri ilə fərqlənir

doi.org/ 10.32737/0005-2531-2022-3-12-20

Açar sözlər : etil spirti, hidrogen peroksid, biomimetik, koherent-sinxronlaşdırılmış reak­si­yalar, determinant, peroksidaz reaksiyası
Məqaləyə baxın
QEYDİYYAT
JURNALIN SONUNCU SAYI
№1 2024
MÜNDƏRİCAT
- KVANT KİMYƏVİ HESABLAMALARIN KATALİZDƏ ROLU: İCMALS.Ə.Cəbiyeva, N.A.Zeynalov, D.B.Tağıyev
- GÜNƏBAXAN JMIXININ PROTEAZI-PENDİR FERMENTASİYA PROSESLƏRİNİN PERSPEKTİV BİOKATALİZATORU: TƏCRİDİ, TƏMİZLƏNMƏSİ, XÜSUSİYYƏTLƏRİAmal Kaluş, Urida Ayssaui, V.V.VerxoturovDavamı