ISSN 0005-2531 (Print) ISSN 2522-1841 (Online)
TƏLƏBLƏR
  1. Jurnal kimya və kimya texnologiyasının aktual problemləri   haqqında məqalələr dərc edir. Məqalələr yalnız ingilis dilində qəbul edilir.
  2. Əvvəllər dərc olunmamış məqalələr qəbul olu­nur. Yalnız konkret eksperimental, nəzəri və s. kimi nəticələri olan məsələlər müzakirə olunur.
  3. Müəllif yaxud müəlliflər tərəfindən imzalanmış varianta işin yerinə yetirildiyi müəs­sisədən mü­şayiət məktubu, müvafiq şöbənin (labora­toriyanın, texniki şuranın) iclasının protokolundan çıxarış və müəlliflər haqqında məlumat əlavə olunmalıdır. Bütün materiallar iki nüs­xədə təqdim olunmalıdır.
  4. Məqalə (Microsoft Word for Windows, şrift ölçüsü 12 pt, Times New Roman) bir interval məsafə ilə A4 formatında çap olunmuş halda və diskdə təqdim olunmalıdır. Məqalənin mətni (.doc) və qrafiki materiallar ayrı-ayrı fayllarla redak­­siyanın elektron ünvanına da göndə­rilməlidir (kqki@kqki.science.az).
  5. Məqalənin mətni lakonik yazılmalıdır, diqqətlə yoxlanılmalıdır. Düzəlişlərə, qaralamalara, əlavələrə yol verilmir.
  6. Məqalə mətninin çərçivə ölçüləri: soldan – 2.0 sm, sağdan – 2.0 sm, yuxarıdan – 3.0 sm, aşağıdan – 3.0 sm.
  7. Məqalənin mətni yuxarı tərəfdə soldan UOT indeksi ilə başlamalıdır.
  8. Sonra vərəqin ortası ilə məqalənin adı, onun altında müəlliflərin inisialları və familiyaları, familiyaların altında məqaləni təqdim edən institutun (müəssisənin və s.) tam adı, elekton ünvani veril­məlidir (bir interval boş saxlamaqla). Sonra xırda şriftlə (10 pt) əsas mətndən bir interval sonra annotasiya, bir interval sonra açar sözlər verilməlidir.
  9. Məqalə giriş hissəni (əsas­lan­dırma), işin məqsədini, eksperimentin təsvirini, nəticələri, onların müza­kirə­sini və xülasəni əhatə etməlidir. GİRİŞ, EKS­PE­RİMENTAL HİSSƏ (EKSPERİ­MEN­TİN METODİ­KASI), NƏTİCƏ­LƏR VƏ ON­LARIN MÜZAKİ­RƏSİ başlıqları olmalıdır.
  10. Məqalənin ardınca ƏDƏBİYYAT SİYAHISI verilməlidir. Sonra müəlliflərin inisialları, fa­miliyaları və Azərbaycan və rus dilində anno­ta­siya verilməlidir. Hər annotasiyadan sonra müvafiq dildə açar sözlər verilməlidir.
  11. Riyazi və kimyəvi formullar mötərizədə ərəb rəqəmləri ilə, kimyəvi birləşmələr isə rum rəqəmləri ilə nöm­rələnir. Yalnız mətndə istinad verilən formullar nömrələnir.
  12. Riyazi formullar kompüterdə Microsoft equation 3 və kimyəvi formullar Chem Draw proqramı ilə kiçik və böyük hərflərin aydın fərqlənməsi şərti ilə yığıl­ma­lıdır. İndekslər və dərəcələr aid olduqları simvollardan ciddi surətdə yuxarıda, ya da aşağıda yazılmalıdır. Yunan əlifbası ilə işarələr simvol cədvəlindən qoyulmalıdır.
  13. Mətndə bir kimyəvi birləşmənin adı bir dəfədən çox xatırlanırsa, birinci  dəfə onun  tam adı və mötərizədə qısaldılmlş adı, daha sonra isə mötərizəsiz yalnız qısa adı göstə­rilməlidir.
  14. Fiziki ölçü vahidləri sм/san, kkal/mol, kq m-2saat-1 və s. kimi verilməlidir.
  15. Onluq kəsrlərdə tam kəsrdən nöqtə ilə ayrılır (2.68, 1.03 və s.).
  16. Kimyəvi birləşmələrin (alkil – Alk, aril – Ar, heterosikl – Het, Halogen – Hal və s.) və fiziki-kimyəvi analiz metodlarının (NMR – nüvə-maqnit rezonansı, MQX – maye-qaz xromatoqrafiyası və s.) işarənlənməsi üçün standart ixtisarlardan istifadə et­mək olar.
  17. Müəllif tərəfindən qəbul olunmuş qeyri-standart işa­rələr və ixtisarlar özü tərəfindən ilk işlənmə zamanı izah olunmalıdırlar.
  18. Qrafiki materiallar .jpg formatında, excel və digər qrafiki proqramlarla hazırlanmışsa originalı verilməlidir. Şəkillərdəki işarələr və ölçulər mətnə və şəkilaltı yazılara uyğun olmalıdır.
  19. Cədvəllərin adı cədvəlin çərçivəsinə qədər çap olunur.

Cədvəl 1. parametr asılılıqları………….

 

 

 

 

  1. Mətndə ədəbiyyata istinad kvadrat mötərizələrdə verilir.
  2. Müəlliflərin hamısı göstərilir
  3. Ədəbiyyatın tərtib olunması nümunələri.

Kitablar, monoqrafiyalar:

–  Семенов Н.И. Цепные реакции. М.: Госхим­из­дат, 1934. 300 с. (или С. 45.)

–  Энергии разрыва химических связей. Потен­ци­алы ионизации и сродство к электрону / Под ред. Гурвича Л.В. М.: Наука, 1974. С. 82.

Jurnal və məcmuələr:

– Алиев А.М., Сафаров А.Р., Гу­сей­нова А.М. Подбор активного модифицированного цео­литного  катали­затора и ки­нетика реакции окисления изопропилового спирта в ацетон.  Азерб. хим. журн. 2014. № 4. С. 9-17.

– Бодрый А.Б., Рахматулин Э.М., Илибаев Р.С. О новых гранулированных катализа­торах каталити­ческого крекинга.  Катализ в промышленности. 2014. № 5. С. 9–13.

– Шихалиев Ш.М., Костяновский Р.Г., Эльнатов Ю.И. Получение деарома­ти­зированного дизельного топлива. В сб. тр. ИХФ АН СССР: Кинетика физико-хими­ческих реакций. 1987. С. 65.

Dissertasiyalar:

– Yusifov R.Y. Dəniz suyunun şirinləşdirilməsi məq­sədi ilə qaz hidratların əmələgəlmə prosesinin mo­del­ləşirilməsi və optimallaşdırılması. Kimya üzrə fəlsəfə dokt. ... дис.  Bakı: AMEA Kimya Problemləri İnsti­tutu, 2008. 150 s.

Patentlər və müəlliflik şəhadənnamələri

– Пат. 2362797 РФ. Способ получения деарома­ти­зированного дизельного топлива / Логинова А.Н., Китова М.В., Фадеев В.В., Иванов А.В. 2008.

– Pat. İ 2003 8214 Az.R. Benzilasetatın alınma üsulu / Həsənov X.İ., Məmmədov Y.N., Rəsu­lov Z.H. 2004.

– Ахмедов М.П., Султанов Н.Ф., Керимов Ю.К. Катализатор для изомеризации алканов и цик­ло­алканов. A.c. 726702 СССР. Б.И. 1980. № 29.

Deponent:

– Сазанов В.П., Жиляева И.Н., Филиппов В.В. Катализаторы изомеризации бензиновых фракций. Деп. ВИНИТИ. М., 1986. № 4960-72.

 Yuxarıda göstərilən qaydalar yerinə yetirilmədikdə əlyazmalar baxılmadan müəlliflərə qaytarılacaq

QEYDİYYAT
JURNALIN SONUNCU SAYI
№1 2024
MÜNDƏRİCAT
- KVANT KİMYƏVİ HESABLAMALARIN KATALİZDƏ ROLU: İCMALS.Ə.Cəbiyeva, N.A.Zeynalov, D.B.Tağıyev
- GÜNƏBAXAN JMIXININ PROTEAZI-PENDİR FERMENTASİYA PROSESLƏRİNİN PERSPEKTİV BİOKATALİZATORU: TƏCRİDİ, TƏMİZLƏNMƏSİ, XÜSUSİYYƏTLƏRİAmal Kaluş, Urida Ayssaui, V.V.VerxoturovDavamı