ISSN 0005-2531 (Print) ISSN 2522-1841 (Online)
MOLİBDENİN EKSTRAKSİYALI FOTOMETRİK TƏYİNİ
Ə.Z.Zalov, A.B.Haciyeva, Q.S.Süleymanova

 

Molibdenin hidroksihalogentiofenol törəmələri (HHTF) və hidrofob aminlərlə (Am) qarşılıqlı təsiri tədqiq edilmişdir. Məhlulun optimal pH 3.5–6.0 bərabərdir. Komplekslərin xloroformda maksimum işıqudması 519–535 nm yerləşir. Birdəfəlik ekstraksiya dərəcəsi 98.4–98.8%, molyar işıqudma əmsalı (3.1–4.3)∙104 bərabərdir. Мо(V):HHTF:Аm=1:2:2 nisbətində müxtəlifliqandlı kompleksin əmələ gəldiyi sübut edilmişdir. 1 ml ekstraktda 0.2–24 mkq molibden Ber qanununa tabe olur.

 

Açar sözlər : kompleks əmələgəlmə, ekstraksiya, molibden, 2-hidroksi-5-bromtiofenol, hidrofob aminlər, Ber qanunu
Məqaləyə baxın