ISSN 0005-2531 (Print) ISSN 2522-1841 (Online)
FUNKSİONAL BİRLƏŞMƏLƏRLƏ MODİFİKASİYA EDİLMİŞ ELASTOMER ƏSASINDA KORROZİYADAN QORUYUCU ÖRTÜKLƏR
F.Ə.Əmirov

 

Butadien-nitril (BNK-26) və karboksilləşdirilmiş butadien-nitril (BNK-40/4) elastomerinin epoksid oliqomeri ED-16 və polivinilxloridlə modifikasiyası nəticəsində metalları korroziyadan qoruyucu örtük kompozisiyaları alınmış, kompozisiyaların fiziki-mexaniki və qoruyuculuq xassələri öyrə­nil­mişdir. Kompozisiyaların optimal tərkibləri müəyyənləşdirilmiş, onların aktiv korroziya mühitli neft-qaz quyu məhsullarında polad-3 nümunələrinin korroziyadan qorunması öyrənilmişdir. Göstə­ril­miş­dir ki, hər iki elastomer əsasında kompozisiyalar korroziyadan  yüksək qoruyuculuq effektinə malik­dirlər, ancaq BNK-40/4 elastomeri əsasında kompozisiyaların qoruyuculuq effekti daha yüksəkdir.

 

Açar sözlər : elastomerlər, modifikasiya, korroziya, qoruyucu örtük, kompozisiya, fiziki-mexaniki xassələr, korroziya mühiti, qoruyuculuq effekti
Məqaləyə baxın
QEYDİYYAT
JURNALIN SONUNCU SAYI
№3 2019
MÜNDƏRİCAT
- MEZOMƏSAMƏLİ KARBON NİTRİD ƏSASINDA PLATİN NANOKOMPOZİTLƏRİNİN SİNTEZİ VƏ FİZİKİ-KİMYƏVİ TƏDQİQİV.M.Əhmədov, N.Y.Melnikova, A.Z.Babayeva, Q.Q.Nurullayev, Z.M.Əliyeva, D.B.Tağıyev
- PROPİLENİN BİRBAŞA HİDRATASİYASI PROSESİNİN DİNAMİKASINI NƏZƏRƏ ALMAQLA İDARƏ EDİLMƏSİA.M.Aliyev, A.R.Safarov, I.V.Balayev, A.M.Quseynova, R.Y.Agayeva, F.G.BayramovDavamı