ISSN 0005-2531 (Print) ISSN 2522-1841 (Online)
1,4-DİAMİNOBENZOLUN REZORSİNLƏ OKSİDLƏŞMƏ SOPOLİKONDENSLƏŞMƏSİ
B.Ə.Məmmədоv, R.S.Rzаyеv, D.N.Əliyеvа, S.S.Maşayeva

 

1,4-Diaminobenzolun (DAB) rezorsinlə (Rz) NаОCl və H2O2 kimi iştirakı ilə binar oksidləşmə so­po­li­kon­­­­densləşmə reaksiyalarının qanunauyğunluqları və alı­nan oliqomer məhsullar tədqiq olun­muş­dur. Müəyyən olunmuşdur ki, reak­­­si­­ya qarışığında oksidləşdiricinin miqdarının, reaksiya tempe­raturunun və müd­­də­­tinin artırılması oliqomer məhsulların çıxımının yüksəlməsinə səbəb olur. Reak­­si­­ya məhsulları, əsasən, DAB ilə Rz-nin sooliqomerlərindən və əla­­və məhsul kimi Rz-nin homo­oli­qomerindən ibarətdir. Sintez şəraitinin alınan sooliqomerlərin tərkibinə, quruluşuna və xassələrinə təsiri müəy­yən edilmişdir. Sintes edilmiş sooliqomerlər termoplastlara və elastomerlərə antistatik əlavələr kimi istifadə olunmuşdur.

 

Açar sözlər : arоmаtik аminlər, oliqohidroksiarilenlər, oliqoaminoari­lenlər, aminlərlə hidroksi­ari­lenlərin sooliqomerləri
Məqaləyə baxın