NİTRON TURŞULARININ MONO-, Dİ- VƏ TRİETANOLAMİN DUZLARININ SİNTEZI VƏ ONLARIN H2S HƏLL OLMUŞ MÜHİTLƏRDƏ POLADIN KORROZİYASINA TƏSİRİNİN TƏDQİQİ
Etilenin oliqomerləşməsindən alınan okten-1, dodesen-1, tetradesen-1, C16–18 α-olefinlər və propilenin trimeri və tetrameri əsasında nitrotörəmələr alınmışdır. Alınmış nitrobirləşmələrin mono-, di-, trietanolamin duzları sintez olunmuş, spirt və su qarışığında 20%-li məhlulları hazırlanmışdır. Bu məhlulların H2S həll olmuş mühitlərdə poladın korroziyasına təsiri tədqiq edilmişdir. Müdafiə effektinin radikalın uzunluğundan, radikalın quruluşundan və kationun növündən asılı olduğu aşkar edilmişdir.
Açar sözlər : hidrogen sulfid korroziyası, nitrolaşma, tautomerlik, korroziyadan müdafiə effekti
Məqaləyə baxın