KARBOHIDROGENLƏRIN OKSIDLƏŞMƏ PROSESINƏ DITIOKARBAMAT VƏ TIOAMIDIN ANTIOKSIDANT KIMI TƏSIRI
Məqalədə ditiokarbamat (K1) və tioamidin (K2) oksidləşmə reaksiyalarında antioksidant təsirini öyrənmək məqsədilə peroksidlərlə oksidləşmə reaksiyalarında onların oksidləşmə zəncirini qırmaq qabiliyyəti öyrənilmişdir. Həmçinin tiolenlərin tret-butil hidroperoksidlə qarşılıqlı təsir məhsullarının da antioksidant kimi aktivliyi tədqiq edilmişdir.Nəticədə müəyyən olunmuşdur ki, oksidləşmə məhsullarının prosesə inqibitor kimi təsiri başlanğıc məhsullara nisbətən daha yüksəkdir. Belə ki, başlanğıc maddalərin oksidləşməsi nəticəsində alınan məhsullar sərbəst radikallara qarşı daha aktiv akseptorlar olub, yüksək inqibitor xassəsinə malikdirlər. Sonra inqibitorların aktivliyini xarakterizə edən fk – parametrlərinin qiymətləri öyrənilmişdir
Açar sözlər :
Məqaləyə baxın