ISSN 0005-2531 (Print) ISSN 2522-1841 (Online)
QARŞILIQLI 6Ag2Se+Ag8SiTe6«6Ag2Te+Ag8SiSe6 SİSTEMİNDƏ KRİSTALLAŞMA SƏTHLƏRİ VƏ FAZA TARAZLIQLARI
A.C.Əmiraslanova, K.N.Babanlı, S.Z.İmaməliyeva, E.İ.Əhmədov, Yu.Ə.Yusibov, M.B.Babanlı

Məqalədə 6Ag2Se+Ag8SiTe6«6Ag2Te+Ag8SiSe6 qarşılıqlı sistemində faza tarazlıqlarının  DTA və RFA üsulları ilə tədqiqinin nəticələri təqdim olunur. Sistemin likvidus səthinin proyeksiyası, faza diaqramının 300, 500, 1150 K-də izotermik kəsikləri və bəzi politermik kəsikləri qurulmuşdur. Göstərilmişdir ki, sistem dönər-qarşılıqlıdır və Ag8SiSe6-Ag8SiTe6 (d) və Ag2Se-Ag2Te (a) sərhəd sistemləri boyunca fasiləsiz yüksəktemperaturlu bərk məhlul sıralarının əmələ gəlməsilə xarakterizə olunur. Sistemin likvidus səthi a- və d-fazaların ilkin kristallaşmasına uyğun gələn iki sahədən ibarətdir. Bu sahələr L«a+d monovariant tarazlığını əks etdirən evtektika əyrisi ilə sərhədlənirlər. Subsolidusda ilkin birləşmələrin və onların əsasında fazaların polimorfizmi ilə əlaqədar olan mürəkkəb qarşılıqlı təsir müşahidə olunur

doi.org/10.32737/0005-2531-2023-3-6-17

Açar sözlər : gümüş-silisium selenidi, gümüş-silisium telluridi, arqiroditlər, faza tarazlıqları, qarşılıqlı sistem, bərk məhlullar, polimorf çevrilmə
Məqaləyə baxın