ISSN 0005-2531 (Print) ISSN 2522-1841 (Online)
TƏLƏBLƏR

“Azərbaycan Kimya Jurnalı” rüblük nəşr olunan elmi jurnaldır və kimyanın bütün sahələri üzrə orijinal mə­qa­lələr və icmal məqalələr dərc edir. Redaksiya heyəti yeni nəticələr və konsepsiyalar təqdim edən, elmi baxımdan əhəmiyyətli və maraqlı məqalələri seçir. Jurnal, xüsusilə, yeniliyi ilə seçilən və geniş oxucu auditoriyası üçün maraq doğuran fundamental tədqiqat nəticələrinə üstünlük verir. İcmal məqalələr redaksiya heyəti ilə razılaş­dırıl­dıqdan sonra qəbul olunur. Məqalələr yalnız ingilis dilində, jurnalın saytında qeydiyyatdan keçməklə və ya [email protected] elektron ünvanına göndəril­məklə qəbul edilir.

Təqdim olunan əlyazmalar adətən iki müstəqil rəyçiyə göndərilir. Məqalə təqdim edilərkən müvafiq sahə üzrə üç ekspertin məlumatları (soyad, ad, elmi dərəcə, elektron poçt ünvanı və tədqiqat sahəsinin qısa təsviri) göstəril­mə­lidir. Bununla belə, rəyçilərin seçilməsi Redaksiya Heyətinin səlahiyyətindədir. Məqalənin qəbul və ya rədd olunması qərarı rəyçilərin rəyləri əsasında verilir. Müəlliflərlə razılaşdırılmış düzəlişlər məqaləyə daxil edildikdən sonra (düzəliş müddəti bir aydan çox olma­malıdır), məqalə yekun hesab edilir və nəşriyyat üçün göndərilir. Nəşriyyat korrektura variantını PDF forma­tında müəlliflərə göndərir.

Məlumatların saxtalaşdırılması, plagiat, özünə-plagiat, düzgün olmayan istinadlar, həmçinin başqa jurnalda artıq çap olunmuş və ya baxılmaqda olan məqalələrin gön­dərilməsi müəllifin həm cari, həm də gələcək məqa­lələrinin qeyd-şərtsiz rədd edilməsinə səbəb ola bilər.

Müəllif(lər)in redaktora təqdim etdiyi müşayiət məktubunda aşağıdakı məzmunlu mətn olmalıdır: “Bu məqalə müəllif(lər) tərəfindən aparılmış orijinal tədqiqat işidir, nəticələr əvvəllər nəşr olunmayıb və başqa jurnal tərəfindən baxılmır.”

Mətn 12 pt Times New Roman, tək sətirarası interval ilə yazılmalıdır. Məqalə A4 formatında hazırlanmalı, yuxarı və aşağı kənarlar 3.0 sm, sol və sağ kənarlar isə 2.0 sm olmalıdır.

Əlyazmanın bölmələri aşağıdakı ardıcıllıqla verilməlidir: məqalənin adı (böyük hərflərlə, səhifənin ortasında), müəlliflərin adlarının baş hərfləri və soyadları,  məqaləni təqdim edən təşkilatın tam adı, yazışma üçün müəllifin elektron poçt ünvanı, 100–150 sözlük qısa xülasə (10 pt şriftlə), açar sözlər (5–7 söz və ya ifadə).

Məqalənin əsas mətni məntiqi strukturda qurulmalıdır. Tövsiyə olunan bölmələr: Introduction, Experimental Section, Results and Discussion, Conclusion, Acknowledgments, References.

Adi məqalələr ədəbiyyatı çıxmaq şərtilə 6–10 səhifə, icmal məqalələr isə 20 səhifəyə qədər ola bilər. Ədəbiyyat siyahısında ən azı 25 mənbə olmalı və əsasən müasir, resenziyalı jurnallardakı məqalələrə üstünlük verilməlidir.

Məqalədə SI sisteminə uyğun fiziki vahidlər və işarələr istifadə edilməlidir. Onluq kəsrlərdə tam hissə ilə kəsr hissəsi nöqtə ilə ayrılmalıdır (məsələn, 2.68; 1.03).

Bütün qısaltmalar tam açılmalıdır. Yeni daxil edilən qısaltmalar qalın (bold) şriftlə vurğulanmalıdır.

Cədvəllər, şəkillər və fotoşəkillər mətn daxilində yerləşdirilməli və məqalə boyunca ardıcıl nömrələnməlidir.

Riyazi və kimyəvi formullar mötərizədə ərəb rəqəmləri ilə, kimyəvi birləşmələr isə rum rəqəmləri ilə nömrələnməlidir.

Riyazi formullar Microsoft Equation 3, kimyəvi formullar isə ChemDraw proqramında hazırlanmalıdır.

Şəkillər .jpg formatında, minimum 600 dpi keyfiyyətlə təqdim olunmalıdır.

Cədvəllər mətn daxilində qeyd edilmə ardıcıllığı ilə nömrələnməli və hər cədvəlin başlığı olmalıdır.

Nəticə bölməsi xülasəni təkrarlamamalı, əldə olunmuş nəticələrin əhəmiyyətini və gələcək perspektivləri əsaslandırmalıdır.

İstinadların nömrələri kvadrat mötərizədə göstərilməlidir. Çap olunmamış işlərə istinad edilməməlidir. Beş və ya daha çox müəllifi olan məqalələrdə yalnız ilk üç müəllifin adı göstərilməlidir. Jurnalın adı qısaldılmış formada (abbreviation) verilməlidir.

İngilis dilindən başqa dillərdə çap olunmuş mənbələrin adlarının ingiliscə tərcüməsi verilməlidir. Jurnalın adı latın transliterasiyasında, sonra isə müvafiq dil qeydi göstərilməlidir: [in Russian], [in French] və s.

İstinad üçün nümunələr

           Kitablar, monoqrafiyalar:

Mills K.C. Thermodynamic Properties of Inorganic Sulfides, Selenides, and Tellurides. London: Butter­worths, 1974. 750 p.

  1. K. Ivanov-Shchits, I. V. Murin, Ionika nverdogo tela [Solid State Ionics], Izd. S.-Peterb. Univ. St. Petersburg, 2000, 1, 616 p. [in Russian].

         Jurnallar, kolleksiyalar:

Zeynalov N.A., Mammedova U.A., Tapdıqov Sh.Z. et al. Plant origin gum biopolymers as displacement fluids in enhanced oil recovery. Azerb.Chem.J. 2023. V.3. №3. P.75-82. doi.org/10.32737/0005-2531-2023-1-75-82

Bodry A.B., Rakhmatulin E.M., Ilibaev R.S. O novyh granulirovannyh katalizatorah kataliticheskogo krekinga [About new granular catalytic cracking catalysts]. Kataliz v promyshlennosti. 2014. № 5. P. 9–13 [in Russian]

         Dissertasiyalar:

Gasanov I. Investigation of the reaction of conjugated hydrogenolysis of toluene into benzene. Phd thesis on chemistry. 1995. 140 р.

       Patentlər, müəlliflik şəhadətnaməsi:

Pat. 3689583 USA. Production of dimethylstyrenes / Kominami N., Tamura N. 2003.

 

 

Yuxarıda göstərilən tələblərə cavab verməyən əlyazmalar qeydiyyata alınmır və baxılmadan müəlliflərə geri qaytarılır.

QEYDİYYAT
JURNALIN SONUNCU SAYI
№ 3 2026
MÜNDƏRİCAT
Davamı