ISSN 0005-2531 (Print) ISSN 2522-1841 (Online)
BENTONİT NÜMUNƏLƏRİNİN İONOGEN OLİQOMERLƏ ADSORBSİYASININ FİZİKİ-KİMYƏVİ ÜSULLARLA TƏDQİQİ
N.A.İmanova, F.M.Sadıqov, İ.A.Zərbəliyeva, S.G.Məmmədova

 

Daş-Salahlı yatagindan götürülmüş təbii və modifikasiya olunmuş Co+2-, Ni+2-bentonit nümunələrinin ionogen oliqomer modifikatorları ilə adsorbsiya prosesi aparılmış, rentgenoqrafik və infraqirmızı spektrial analiz üsullu ilə tədqiq edilmişdi. Bentonit suspenziyaların çökmə dayanıqlığını təmin edən mühüm komponentlər polimer, ion və səthi aktiv maddələrdir. İşdə əsas məqsəd polimer dispers sistemləri stabilləşdirmək üçün ionogen oliqomer modifikatorundan istifadə etməklə üzvi mineral sorbentin alınmasıdır. Ən uygun səthi aktiv maddələr molekulda hidrofilik və hidrofob statistik paylanmasına malik olan maddələrdir. Hazırlanmış sorbent həm  kationit, həm də anionit xassəsinə malik olmaqla,müxtılif zərərli üzvi maddələri adsorbsiya etmə qabiliyyətinə malik olur. Aparılmış tədqiqt nəticəsində alınmış sorbentlərin strukturunda müəyyən dəyişikliklər müşahidə olunmuşdu. Rentgenoqrafik analiz üsulu ilə tədqiq zamanı təbii bentonitdə əvəzolunan metal ionlarının  ion radiuslarından asılı olaraq zəif, orta, güclü intensivliklər müşahidə olunur.

doi.org/10.32737/0005-2531-2024-2-76-83

Açar sözlər : modifikator, bentonit, adsorbsiya, ionogen oliqomer
Məqaləyə baxın