Məlum olduğu kimi parafinsizləşdirmə,həmçinin seolitlər üzərində adsorbsiya üsulu ilə əldə edilən parafinlərin tərkibində xeyli miqdarda arenlər olur.Arenlərin miqdarını azaltmaq üçün müxtəlif üsullar və təkliflər verilmişdir.Onların arasında hidrotəmizləmə, bərk sorbentlərlə təmizləmə, maye ekstraksiya və s. prosesləri göstərmək olar.Aromatik karbohidrogenlər,parafin və naften karbohidrogenlərə nisbətən xüsusi seçilmiş adsorbentlərdə daha güclü adsorbsiya olunurlar.Bu,onların neft məhsullarından adsorbsiya ilə ayrılması üçün bir əsasdır.Tədqiqat obyekti qismində tərkibində yüksək miqdarda aromatik karbohidrogenlər olan parafin fraksiyası C14+ götürülmüşdür.Ali normal parafinlərdən aromatik karbohidrogenlərin adsorbsiya prosesinin dinamikasının tədqiqi göstərmişdir ki, bu prosesi dənəciklərin ölçüləri 0–22–0–6 mm arasında olan CaX seoliti üzərində aparmaq daha məqsədəuyğundur.Bununla əlaqədar olaraq, təcrübi dəlillər əsasında müəyyən edilmişdir ki, böyük dənəcik ölçüsünə malik seolitdə adsorbsiya tarazlığı, kiçik dənəcik ölçülü seolitə nisbətən daha uzun müddətdə həyata keçir.Çox güman ki, diffuziyadaxili ləngimə baş verir və görünür ki, adsorbsiya sürəti psevdobirinci dərəcəli tənliklə xarakterizə edilir. Adsorbsiyanın tarazlıq qiyməti 36.25 mq/q,habelə adrorbsiya sürət sabitləri təyin edilmişdir.Sürət sabitinin temperaturdan asılılığı göstərilmişdir.Temperaturun adsorbsiya prosesinin dinamikasına təsiri 250C və 750C-də öyrənilmişdir.Bundan başqa, 900C-də tərkibində 0.29 % küt. arenlər olan parafinlər üçün adsorbsiyanın dinamiki göstəricisi 0.187 q/q olmuşdur.Statika, dinamika və adsrbsiya üçün əldə edilmiş parametrlərdən sənaye müəssisələrinin layihələndirilməsi üçün istifadə oluna bilər.
doi.org/10.32737/0005-2531-2024-2-68-75