ISSN 0005-2531 (Print) ISSN 2522-1841 (Online)
1-METİLTSİKLOPENTENİN MAYE FAZADA 2-METİLTSİKLOPENTANONA VƏ İKİQAT RABİTƏLİ METİLTSİKLOPENTADİENLƏRƏ OKSİDLƏŞDİRİLMƏSİNDƏN ALINAN REAKSİYA MƏHSULLARININ KATALİTİK ÇEVRİLMƏSİ
F.M.Məmmədov, S.Ə.Əliyeva, C.Z.Səmədova, L.İ.Əhmədova, A.Ə.Daşdəmirova

 

Məqalə 1-metiltsiklopentenin maye fazada oksidləşdirilməsindən alınan oksigenli birləşmələrdən katalitik üsulla 2-metiltsiklopentanon və metiltsiklopentadienlərin birgə alınma reaksiyasının tədqiqinə həsr edilmişdir. Aparılan təc­rübələrdən məlum olmuşdur ki,  bu oksidat kütləsinin 2% miqdarında KOH-la işlənilmiş aktiv Al2O3  katalizatoru səthindən keçirildikdə 2-metiltsiklopentanon və ikiqat rabitələri 1,3-vəziyyətdə olan metiltsiklopentadienlərə çev­rilirlər. Reaksiyadan alınan bu birləşmələrin optimal əmələgəlmə şəraiti tapılmışdır. Müəyyənləşdirilmişdir ki, ok­si­datdan alınan məqsədyönlü birləşmələrin ən yüksək çıxımı reaksiyanın temperaturu 3400C, onun katalizator səthinə verilən həcm sürəti 0.5–0.6 saat-1 olduqda baş verir. Bu şəraitdə 1-metiltsiklopentenin maye fazada oksid­ləş­di­ril­mə­sindən alınan oksigenli birləşmələr – 1-metiltsiklopenten oksidi və metiltsiklopentenollar istifadə edi­­lən katalizator səthində tam dəyişikliyə uğrayaraq 30–33% 2-metiltsiklopentanona və 60–62% metiltsiklo­pentadienlərə çevrilirlər

Açar sözlər : 1-metiltsiklopenten, 1-metiltsiklopentenin oksidatı, katalitik çevrilmə, aktiv alüminium oksidi, 2-metiltsiklopentanon, metiltsiklopentenollar, metiltsiklo­pentadienlər
Məqaləyə baxın
QEYDİYYAT
JURNALIN SONUNCU SAYI
№3 2026
MÜNDƏRİCAT
- TURŞ ELEKTROLİTDƏN SÜRMƏ İONLARININ ELEKTROREDUKSİYA PROSESİNİN ÖYRƏNİLMƏSİN.A. Əliyeva Məmmədova, S.F. Cəfərova, S.P. Cavadova, Ş.A. İbrahimova, A.A. Əliyev, S.D. Dadaşova, M.F. Nəbiyeva, M.T.Abbasov, H.Ç. Əliyeva, D.B. Tağıyev
- AĞIR METALLARLA ÇİRKLƏNMİŞ SULARIN TƏMİZLƏNMƏSİ ÜÇÜN QARPIZ QABIĞI ADSORBENTİ: RSM OPTİMALLAŞDIRILMASI ÜÇÜN GAUSSIAN PROSES REQRESSİYASIM. Abubakar, Y. A. Musti, I. U. Usman, U. Ç. Ulakpa, A. M. Abubakar, M. Al-HedrevyDavamı