ISSN 0005-2531 (Print) ISSN 2522-1841 (Online)
SnTe-Sb2Te3-Te SİSTEMİNDƏ FAZA TARAZLIQLARININ TƏCRÜBİ ÖYRƏNİLMƏSİ
A.E.Seyidzadə, E.N.Oruclu, M.B.Babanlı

 

Sn-Sb-Te üçlü sisteminin SnTe-Sb2Te3-Te hissəsində faza tarazlıqları differensial termiki (DTA), toz rentgenfaza (RFA) və mikroquruluş analiz metodlarından istifadə etməklə təcrübi olaraq öyrənilmişdir. Əldə olunmuş təcrübi nəticələr və ədəbiyyat məlumatları əsasında 500 K-də izotermik kəsik, likvidus səthinin proyeksiyası və faza diaqramının bir neçə politermik kəsiyi qurulmuşdur. Sistemin 500 K-də faza diaqramında 2 birfazalı, 2 ikifazalı və 3 üçfazalı sahə mövcuddur. Likvidus səthinin proyeksiyası 5 fazanın ilkin kristallaşma sahəsindən təşkil olunmuşdur. Bütün fazaların ilkin kristallaşma sahələri, non və monovariant tarazlıqların tip və koordinatları müəyyənləşdirilmişdir. Əldə olunmuş təcrübi nəticələr Sn-Sb-Te əsaslı ərintilərin dizayn edilməsi üçün önəmlidir.

doi.org/10.32737/0005-2531-2024-2-44-52

Açar sözlər : faza tarazlıqları, laylı birləşmələr, likvidus səthinin proyeksiyası izotermik kəsik, metal xalkogenidləri, topoloji izolyatorlar
Məqaləyə baxın
QEYDİYYAT
JURNALIN SONUNCU SAYI
№3 2026
MÜNDƏRİCAT
- TURŞ ELEKTROLİTDƏN SÜRMƏ İONLARININ ELEKTROREDUKSİYA PROSESİNİN ÖYRƏNİLMƏSİN.A. Əliyeva Məmmədova, S.F. Cəfərova, S.P. Cavadova, Ş.A. İbrahimova, A.A. Əliyev, S.D. Dadaşova, M.F. Nəbiyeva, M.T.Abbasov, H.Ç. Əliyeva, D.B. Tağıyev
- AĞIR METALLARLA ÇİRKLƏNMİŞ SULARIN TƏMİZLƏNMƏSİ ÜÇÜN QARPIZ QABIĞI ADSORBENTİ: RSM OPTİMALLAŞDIRILMASI ÜÇÜN GAUSSIAN PROSES REQRESSİYASIM. Abubakar, Y. A. Musti, I. U. Usman, U. Ç. Ulakpa, A. M. Abubakar, M. Al-HedrevyDavamı