ISSN 0005-2531 (Print) ISSN 2522-1841 (Online)
ALKİL ƏVƏZEDİCİNİN FƏRDİ AROMATİK KARBOHİDROGENLƏRİN CO/HZSM-5/ SO42-- ZRO2 TƏRKİBLİ KOMPOZİSİYA KATALİZATORU ÜZƏRİNDƏ HİDROÇEVRİLMƏSİNƏ TƏSİRİ
S.İ.Abasov, S.B.Ağayeva, M.T.Məmmədova, Y.S.İsayeva, A.Ə.İskəndərova, D.B.Tağıyev

 

Kompozisiya tərkibli 0.4%Co/HZSM-5/SO42-(2.0%)–ZrO2 katalizatoru üzərinda ayrı-ayrı aromatik karbohidrogenlərin (benzol, toluol, ksilol) və onların qarışıgının hidrogenləşməsinin sistematik tədqiqi 1800C, H2/Ar=7, WHSV = 2h-1 və atmosfer təzyiqi şəraitində aparılmışdır. Müəyyən edilmişdir ki, hazırlanmış katalizator aşağı hidrogen təzyiqində aromatik karbohidrogenləri yüksək hidrogenləşdirmə qabiliyyətinə malikdir. Alkil əvəzli aromatik karbohidrogenlərin daha aktiv olduğu aşkar edilmişdir. Müəyyən edilmişdir ki, alkil əvəzediciləri aromatik karbohidrogenin benzol həlqəsının hidrogenləşməsini asanlaşdırır. Hidrogenləşmə aktivliyinə görə benzol, toluol və ksilol aşağıdakı ardıcıllığı əmələ gətirir: benzol<toluol<ksilol. Aşkar edilmişdir ki, aromatik karbohidrogenlərin kompozisiya tərkibli katalizator üzərində hidrokonversiyası prosesi üçün optimal temperatur 1800C-dir. Katalizatorun hidrogenləşdirici komponenti – Co-nun konsentrasiyasının hidrokonversiyaya təsiri də tədqiq edilmişdir. Müəyyən olunmuşdur ki, Co-nun optimal konsentrasiyası 0.4 küt. % təşkil edir. Benzol:toluol:ksilol qarışığında benzolun çevrilməsinin onun fərdi hidrokonversiyasına nisbətən 10%-dən çox artır müəyyən edilmişdir. Aromatik karbohidrogenlərin hidrokonvertasiyası yüksək oktanlı naften karbohidrogenlərin – tsikloheksan (CH), metiltsikloheksan (MCH) və metiltsiklopentan (MCP) əmələ gəlməsi ilə müşayiət olunur. Təcrübə müddətindən asılı olaraq CH və MCP-nin çıxımında antibatik dəyişiklik göstərir ki, aromatik halqanın hidrogenləşməsi birinci, C6H10-un MCP-yə izomerləşməsi ikinci prosesdir, yəni MCP ardıcıl çevrilmənin nəticəsidir. Benzol:toluol:ksilen qarışığının çevrilmə məhsullarında dimetiltsikloheksanın (DMCH) olmaması onu göstərir ki, benzol və ksilolun çevrilmə prosesi əlavə olaraq transalkilləşməni də əhatə edir.

doi.org/10.32737/0005-2531-2024-2-36-43

Açar sözlər : benzol, toluol, ksilol, hidrokonversiya, atmosfer təzyiqi, kompozisiya tərkibli katalizator, tsikloheksan, metiltsikloheksan, metiltsiklopentan
Məqaləyə baxın