ISSN 0005-2531 (Print) ISSN 2522-1841 (Online)
Cu2Se–Cu3AsSe4–As2Se3 SİSTEMİNDƏ FAZA TARAZLIQLARI
L.F.Məşədiyeva, Z.T.Həsənova, Yu.A.Yusibov, M.B.Babanlı

İşdə rentgen difraksiyası və diferensial termiki analizi üsullarından istifadə etməklə uzunmüddətli termiki emal olunaraq kristallaşdırılmış ərintilərin eksperimental tədqiqi, habelə ədəbiyyat məlumatları nəzərə alaraq Cu2Se-Cu3AsSe4-As2Se3 sistemində faza tarazlığının tam mənzərəsi alınmışdır. Likvidus səthinin proyeksiyası, faza diaqramının 500 K-də izotermik və üç politermik kəsikləri qurulmuş və müzakirə edilmişdir. Fazaların ilkin kristallaşma sahələri, invariant və monovariant faza tarazlıqlarının növləri və koordinatları müəyyən edilmişdir. Tədqiq edilən sistemin yan Cu2Se-As2Se3 sistemi yenidən tədqiq edilmiş və onun dəqiqləşdirilmiş faza diaqramı qurulmuşdur. Göstərilmişdir ki, bu sistem kvazibinardır və üçlü Cu3AsSe3 və CuAsSe2 birləşmələrinin əmələ gəlməsi ilə xarakterizə olunur.

 doi.org/10.32737/0005-2531-2024-3-83-93

Açar sözlər : faza diaqramı; likvidus səthinin proyeksiyası; politermal kəsik; bərk faza tarazlıqları; Cu2Se-As2Se3 sistemi
Məqaləyə baxın
QEYDİYYAT
JURNALIN SONUNCU SAYI
№3 2025
MÜNDƏRİCAT
- ELM VƏ TƏHSİL NAZİRLİYİNİN KATALİZ VƏ QEYRİ-ÜZVİ KİMYA İNSTݬTU-TUNUN 90 YAŞI TAMAM OLURDilqəm Tağıyev
- KOBALT HOPDURULMUŞ DƏMİR TƏRKİBLİ ÇOXDİVARLI KARBON NANOBORULARIN İŞTİRAKINDA DİZELDƏN AYRILMIŞ PARAFİN-NAFTEN FRAKSİASININ AEROB OKSİDLƏŞMƏSİE.B.Zeynalov, Y.M.Nağıyev, A.B.Hüseynov, A M.H.bbasov, M.İ.Nadiri, N.Ə.Mustafayeva, N.N.Məlikova, D.B.TağıyevDavamı