ISSN 0005-2531 (Print) ISSN 2522-1841 (Online)
BİOMİMETİK KATALİZATOR ÜZƏRİNDƏ METANIN HİDROGEN PEROKSİDLƏ BİRBAŞA METANOLA KOHERENT-SİNXRONLAŞDIRILMIŞ OKSİDLƏŞMƏSİ REAKSİYASININ MEXANİZMİ VƏ KİNETİKASI
G.Ç.Nəhmətova, L.M.Həsənova, T.M.Nağıyev

 

Penta-FTPhPFe(III)OH/Al2O3 biomimetik katalizatoru Penta-FTPhPFe(III)OH aktiv kompleksinin dimetilformamiddə məhlulundan Al2O3 üzərinə adsorbsiyası ilə sintez edilmişdir. Aktiv kompleksin Al2O3 kütləsinə görə qatılığı 0,64 mq/q olmuşdur. Metanın yaşıl oksidləşdirici ̶ hidrogen peroksid ilə metanola birbaşa çevrilməsi reaksiyasında Penta-FTPhPFe(III)/Al2O3 biomimetik katalizatorunun aktivliyi t=150–3500C və atmosfer təzyiqində tədqiq edilmişdir. Bu şəraitdə metanolun maksimal çıxımı 19.2%, metanın konversiyası isə 28% təşkil etmişdir. Metanın hidrogen peroksid ilə biomimetik monooksidləşməsi reaksiyasının kinetik tədqiqi koherent-sinxron xarakteri və metanın monooksigenatlarına ̶ metanol, formaldehid və dimetil efirinə çevrilməsi mexanizminə əsaslanaraq aparılmışdır. Təklif olunan mexanizm göstərir ki, CH3OH və CH2O-nun əmələ gəlməsi aktiv aralıq kompleksin (penta-FTPhPFe(III)OOH/Al2O3) əmələ gəlməsi mərhələsindən keçir, dimetil efirin əmələ gəlməsi isə ardıcıl reaksiya yolu ilə katalizatorun turşu-əsasi mərkəzlərinin təsiri altında metanolun dehidratasiyası nəticəsində fermentlərin çoxfunksiyalı təsirinə analoji olaraq baş verir. Metanın hidrogen peroksidlə biomimetik monooksidləşməsi reaksiyasının sürətinin kinetik modeli reaksiya sistemində kimyəvi qoşulmanı xarakterizə edən determinant tənliyi ilə stasionar qatılıqlar metodu ilə alınan tənliklərin birgə həlli vasitəsilə əldə edilir. Elementar reaksiyaların sürət sabitləri, biomimetik liqandın aralıq dəmir kompleksinin əmələ gəlməsinin kinetik və termodinamik parametrləri hesablanmışdır. Bu sürət sabitlərindən istifadə edərək, metanın monooksigenatlara sərfi sürətinin nəzəri qiymətləri hesablanmışdır, alınan nəticələr eksperimental göstəriciləri adekvat təsvir edir.

doi.org/10.32737/0005-2531-2025-3-54-62

Açar sözlər : metan, metanol, hidrogen peroksid
Məqaləyə baxın
QEYDİYYAT
JURNALIN SONUNCU SAYI
№4 2025
MÜNDƏRİCAT
- DƏRMAN PREPARATLARININ İMMOBİLİZƏ OLUNMASI VƏ ÜNVANLI ÇATDIRILMASINDA AĞILLI POLİMERLƏRİN PERSPEKTİV TƏTBİQİA.R.Cavadzadə, S.M.Məmmədova, Ş.D.Tağıyev, N.A.Zeynalov, D.B.Tağıyev
- PİRAZİN VƏ TRİAZİN İLƏ MODULLAŞDIRILMIŞ TRİPİDİLAMİN LİQANDI İLƏ MİS (II) KOMPLEKSİ: SİNTEZİ, KRİSTAL QURULUŞU, MAQNİT VƏ ANTİMİKROB XÜSUSİYYƏTLƏRİS.Z.İsmayılova, M.H.Osmanlı, R.H.İsmayılov, D.B.Tağıyev, M.T.Hüseynova, K.R.Qəhrəmanova, A.A.Məcidov, B.Yalçın, F.F.Vəliyev, M.A.Bayramov, L.Ş.Quliyeva, O.Şahin, S.M.PengDavamı