ISSN 0005-2531 (Print) ISSN 2522-1841 (Online)
AMİN- VƏ SULFOQRUPLARLI YENİ POLİAMFOLİTLƏRİN SİNTEZİ VƏ SORBSİYA XASSƏLƏRU
S.Xuşvaxtov, M.Jurayev, D.Bekcanov, M.Muxamediyev

 

Polietilenamin iştirakı ilə polivinilxlorid əsasında alınmış sulfokationmübadilə qatranının aminləşdirilməsindən yeni amin və sulfoqruplu poliamfolit alınmışdır. Müəyyən olunmuşdur ki, bu reaksiya 1,1 tərtiblidir, aktivləşmə enerjisi 70 kc/mol təşkil edir. Skanedici electron mikrofotoqrafiya, enerjidispers rentgen, İQ spektr analizi aparılmış, rəngli metal ionlarının poliamfolitlə udulmasının izotermləri və kinetikası tədqiq olunmuşdur. Sorbsiyanın təbiətini araşdırmaq üçün müxtəlif termodinamik parametrlər – izobar-izotermik potensial, entalpiya, entropiya – hesablanmışdır. Nəticələrdən məlum olmuşdur ki, amin- və sulfoqruplu poliamfolit müxtəlif aralıq metal ionlarının seçici udulmasında yüksək selektivliyə malikdir.

doi.org/10.32737/0005-2531-2025-3-24-32

Açar sözlər : metallar, modifikasiya, poliamfolit, sorbsiya
Məqaləyə baxın
QEYDİYYAT
JURNALIN SONUNCU SAYI
№3 2026
MÜNDƏRİCAT
- TURŞ ELEKTROLİTDƏN SÜRMƏ İONLARININ ELEKTROREDUKSİYA PROSESİNİN ÖYRƏNİLMƏSİN.A. Əliyeva Məmmədova, S.F. Cəfərova, S.P. Cavadova, Ş.A. İbrahimova, A.A. Əliyev, S.D. Dadaşova, M.F. Nəbiyeva, M.T.Abbasov, H.Ç. Əliyeva, D.B. Tağıyev
- AĞIR METALLARLA ÇİRKLƏNMİŞ SULARIN TƏMİZLƏNMƏSİ ÜÇÜN QARPIZ QABIĞI ADSORBENTİ: RSM OPTİMALLAŞDIRILMASI ÜÇÜN GAUSSIAN PROSES REQRESSİYASIM. Abubakar, Y. A. Musti, I. U. Usman, U. Ç. Ulakpa, A. M. Abubakar, M. Al-HedrevyDavamı