ISSN 0005-2531 (Print) ISSN 2522-1841 (Online)
TƏBİİ QAZIN HİDROGEN PEROKSİDLƏ HİDROGEN TƏRKİBLİ QAZA OKSİDLƏŞMƏSİ
L.M.Həsənova, U.V.Məmmədova, B.E.Ağamаlıyeva, T.Ə.Abbaslı

Təqdim etdiyimiz məqalə təbii qazın mövcud yüksəktemperaturlu sintez-qazına oksidləşməsi prosesləri ilə müqayisədə daha səmərəli olan hidrogen peroksidlə katalizator istifadə etmədən tərkibində zəhərli CO qazı olmayan hidrogentərkibli qaza çevrilməsi üsuluna həsr olunmuşdur. Proses hidrogen peroksidin 10-35% sulu məhlulundan istifadə etməklə 860-900°C temperaturda axınlı kvars reaktorda aparılmışdır. Hidrogen peroksidin induksiyaedici təsir effekti 880°C temperaturda 15%-li hidrogen peroksidlə təbii qazın tam konversiyasında hidrogenin (74%) və CO2 (24.5%) qazının yüksək çıxımları ilə, tərkibində CO qazı olmayan hidrogentərkibli qazın alınmasını mümkün etmişdir ki, bu da, CO2-nin ayrılmasından sonra CO qazının konversiyası aparılmadan alınan hidrogenin energetikada və kimyəvi birləşmələrin, xüsusilə, ammonyakın alınmasında istifadə edilməsinə imkan verir. Metanın qoşulmuş oksidləşməsinin aralıq məhsulları CH2O, və  olan sərbəst-radikallı zəncirvari mexanizmi verilmişdir. Təqdim olunan mexanizm əsasında reaksiyanın eksperimental təsdiq edilmiş kinetik tənliyi tərtib olunmuşdur.

doi.org/10.32737/0005-2531-2025-4-96-105

Açar sözlər : təbii qaz, hidrogen peroksid, qoşulmuş oksidləşmə, hidrogen qazı
Məqaləyə baxın
QEYDİYYAT
JURNALIN SONUNCU SAYI
№3 2026
MÜNDƏRİCAT
- TURŞ ELEKTROLİTDƏN SÜRMƏ İONLARININ ELEKTROREDUKSİYA PROSESİNİN ÖYRƏNİLMƏSİN.A. Əliyeva Məmmədova, S.F. Cəfərova, S.P. Cavadova, Ş.A. İbrahimova, A.A. Əliyev, S.D. Dadaşova, M.F. Nəbiyeva, M.T.Abbasov, H.Ç. Əliyeva, D.B. Tağıyev
- AĞIR METALLARLA ÇİRKLƏNMİŞ SULARIN TƏMİZLƏNMƏSİ ÜÇÜN QARPIZ QABIĞI ADSORBENTİ: RSM OPTİMALLAŞDIRILMASI ÜÇÜN GAUSSIAN PROSES REQRESSİYASIM. Abubakar, Y. A. Musti, I. U. Usman, U. Ç. Ulakpa, A. M. Abubakar, M. Al-HedrevyDavamı