Məqalədə bentonit gilinin torpağın aqrofiziki və kimyəvi xüsusiyyətlərinə və bitkinin ekoloji mühitinin yaxşılaşdırılmasına təsiri öyrənilmişdir və mineral gillərin Abşeron torpaqlarının münbitliyinə,bitkinin məhsuldarlığına və ekoloji vəziyyətinə təsiri müəyyən edilmişdir. Abşeron yarımadasının təcrübə sahəsində bentonit gillərinin qarğıdalı bitkisi altında torpaqda fosforun miqdarına və bitkinin məhsuldarlığına təsirinin öyrənilmişdır. Çöl təcrübəsinin nəticələrindən məlum olmuşdur ki, tərlibində fosfor (P2O5) saxlayan dənəvər superfosfat kübrəsinin və mineral gilin torpağa birqə verilməsi həm bitkinin boy artımına həm də torpaqdaxili kütlənin inkişafına və fosforun mənimsənilmə səmərəliliyinin artmasına əlverişli təsir edir. Göstərilmişdir ki, tədqiqatlar zamani, yəni, nineral gili superfosfatla birlikdə və eləcə də tək torpağa verdiyi zaman, torpaqda bir sıra zəif rabitəli birləşmələr əmələ gətirir ki, bu da torpaqların su-fiziki və hava rejimlərini yaxşılaşdırmaqla, bitkinin qidalanması üçün əlverişli şərait yaradır. Aparılmış tədqiqtların nəticəsində belə qərara qəlinib ki, bentonit gilindən müxtəlif torpaq tiplərində istifadəsi kənd təsərrüfatı bitkilərinin məhsuldarlığının artmasına yaxşı təsir ğöstərə bilər.
doi.org/10.32737/0005-2531-2025-4-78-85
№4 2025







.png)