ISSN 0005-2531 (Print) ISSN 2522-1841 (Online)
EPOKSİ(MET)AKRİLAT OLİQOEFİRLƏRİNİN SİNTEZİ VƏ EPOKSİD QATRANLARI ÜÇÜN MODİFİKATOR KİMİ TƏDQİQİ
İ.R.İsmayılova, A.M.Mustafayev, Y.N.Qəhramanlı, F.X.Şahgəldiyev, B.Ə.Məmmədov

 

Təqdim olunan iş propantriolun-, polioksixlorpropilentriqlisidil efirlərinin (met)akril turşuları ilə qarşııqlı təsir  reaksiyası sayəsində tərkibində şaxələnmiş quruluşlu, aşağı özlülüyə malik  epoksi(met)akrilat oliqoefirləri  saxlayan yeni modifikatorların sintezinə, onların optimal alınma şəraitinin müəyyən edilməsinə və onlar əsasında  yüksək istismar göstəricilərinə malik müxtəlif təyinatlı yeni hibrid epoksid kompozisiyalarının alınmasına və xassələrinin tədqiqinə həsr  edilmişdir. Epoksimetakrilat oligoefirinin sintezi  metakril turşusu ilə üçşüalı triepoksidin efirləşməsi yolu ilə həyata keçirilmişdir. Efirləşmə şəraitinin reaksiya məhsullarının tərkibinə və çıxımına təsiri öyrənilmişdir. Göstərilmişdir ki, reaksiya şərtlərini dəyişdirdikdə proses əsasən, mono-, di - və trimetakril oligoefirlərin alınmasına yönəldilə bilər. Sintez edilmiş epoksimetakrilat oligoefirləri, epoksid qatranında  modifikator kimi istifadə olunur. Epoksidian qatranı ED-20 və  sintez edilmiş epoksi(met)akrilat oligoefirləri  əsasında öz-özünə sönən kompozisiyalar alınmışdır. Bu kompozisiyaların amin- və anhidrid- bərkidicilərlə bərkdilməsindən  əldə edilən materiallar yüksək fiziki-mexaniki, adgeziya və istilikfiziki xassələri ilə xarakterizə olunur.

doi.org/10.32737/0005-2531-2025-4-34-41

Açar sözlər : metakril turşusu; propantriol; 3-xlor-1,2-epoksipropan; ED-20 epoksid qatranı; polioksi­xlor­propi­lentriepoksid; kompozisiya; polietilenpoliamin (PEPA); epoksimetakrilat oliqoefiri
Məqaləyə baxın
QEYDİYYAT
JURNALIN SONUNCU SAYI
№1 2026
MÜNDƏRİCAT
- KATALİTİK KREKİNQ QAZLARININ BUTAN-BUTİLEN FRAKSİYASININ ÇEVRİLMƏSİ REAKSIYASINDA 5%Zr/КН-4/Al2O3 KATALİZATORUNUN OLİQOMERLƏŞDİRMƏ VƏ AROMATİKLƏŞDİRMƏ XASSƏLƏRİNİN TƏDQİQİS.B.Ağayeva, S.İ.Abasov, D.B.Tağıyev, Ş.F.Tağıyeva, Ü.N.Kərimova-Cəfərova, S.F.Əhmədbəyova
- TRİAZENLƏRLƏ METAL KOMPLEKSLƏRİNİN QURULUŞU, XASSƏLƏRİ VƏ TƏTBİQİE.A.Quliyeva, P.Ə.Fətullayeva, Ə.Ə.Məcidov, T.Y.ƏsgərovaDavamı