ISSN 0005-2531 (Print) ISSN 2522-1841 (Online)
PİRAZİN VƏ TRİAZİN İLƏ MODULLAŞDIRILMIŞ TRİPİDİLAMİN LİQANDI İLƏ MİS (II) KOMPLEKSİ: SİNTEZİ, KRİSTAL QURULUŞU, MAQNİT VƏ ANTİMİKROB XÜSUSİYYƏTLƏRİ
S.Z.İsmayılova, M.H.Osmanlı, R.H.İsmayılov, D.B.Tağıyev, M.T.Hüseynova, K.R.Qəhrəmanova, A.A.Məcidov, B.Yalçın, F.F.Vəliyev, M.A.Bayramov, L.Ş.Quliyeva, O.Şahin, S.M.Peng

 

Pirazin və triazin ilə modulyasiya edilmiş tripiridildiamin liqandından 6-fenil-N2,N4-di(pirazin-2-il)-1,3,5-triazin-2,4-diamindən (H2dpztzda) istifadə edərək, yeni birnüvəli mis(II) kompleksi [Cu(H2dpztzda)(NO3)2]∙2C3H7NO 1 sintez edilmiş, quruluşu müəyyənləşdirilmiş və antimikrob xassələri tədqiq edilmişdir. Monokristal rentgen struktur analizinə əsasən 1 kompleksində Cu(II) beşli koordinasiya olunub və təhrif olunmuş triqonal bipiramidal həndəsi ətrafda yerləşir. Kompleks üçün "ters çevrilmiş tip"  EPR spektri (g > g||~ ge), ölçülmüş maqnit nüfuzluluğu və eıektron spektroskopik tədqiqatların nəticələri birlikdə quruluş analizi ilə tam uyğunluq təşkil edirlər. Addison parametrinin hesablanmış qiyməti də (τ5 = 0,5) Cu(II) mərkəzinin təhrif olunmuş triqonal bipiramidal həndəsi ətrafa malik olduğunu göstərir. H2dpztzda molekulu Cu(II) ionunu tridentat liqand kimi koordinasiya edir. Kompleks 1 iki növ hidrogen rabitəsi nümayiş etdirir: klassik və qeyri-klassik. Göstərilmişdir ki, C-H‧‧‧π, π-π və hidrogen rabitələrini əhatə edən qarşılıqlı təsirlər sintez edilmiş kompleks 1-in kristal qablaşdırılmasına(packing) əhəmiyyətli dərəcədə təsir edir və supramolekulyar quruluşun formalaşmasında həlledici rol oynayır. Birləşmələrin antimikrob aktivliyi ənənəvi zonal diffuziya üsulu ilə qiymətləndirilmişdir. Antimikrob aktivliyi üçün təhlil edilən hər iki birləşmə (kompleks 1 və H2dpztzda liqandı) sürtkü və soyuducu maddələrdə Pseudomonas aeruginosa, Mycobacterium phlei, Aspergillus nigerPenicillium chrysogenum mikroorqanimlərinə qarşı yüksək effektiv nəticələr göstərmişdir.

doi.org/10.32737/0005-2531-2025-4-23-33

Açar sözlər : Modulyasiya edilmiş oliqo-α-aminopiridin liqandı, Mis kompleksi, Kristal quruluşu, Hidrogen rabitələri, Spektroskopiya, Antimikrob agentlər
Məqaləyə baxın
QEYDİYYAT
JURNALIN SONUNCU SAYI
№4 2025
MÜNDƏRİCAT
- DƏRMAN PREPARATLARININ İMMOBİLİZƏ OLUNMASI VƏ ÜNVANLI ÇATDIRILMASINDA AĞILLI POLİMERLƏRİN PERSPEKTİV TƏTBİQİA.R.Cavadzadə, S.M.Məmmədova, Ş.D.Tağıyev, N.A.Zeynalov, D.B.Tağıyev
- PİRAZİN VƏ TRİAZİN İLƏ MODULLAŞDIRILMIŞ TRİPİDİLAMİN LİQANDI İLƏ MİS (II) KOMPLEKSİ: SİNTEZİ, KRİSTAL QURULUŞU, MAQNİT VƏ ANTİMİKROB XÜSUSİYYƏTLƏRİS.Z.İsmayılova, M.H.Osmanlı, R.H.İsmayılov, D.B.Tağıyev, M.T.Hüseynova, K.R.Qəhrəmanova, A.A.Məcidov, B.Yalçın, F.F.Vəliyev, M.A.Bayramov, L.Ş.Quliyeva, O.Şahin, S.M.PengDavamı