Uzun zəncirli makromolekulyar quruluşa və çoxsaylı funksional qruplara malik olan polimerlər, dərmanların orqanizmdə hədəf toxumalara nəzarətli və təhlükəsiz şəkildə çatdırılmasında mühüm rol oynayır. Polimerlərin biouyğunluğu, biodeqradasiya xüsusiyyətləri və dərmanların ayrılma sürətinə nəzarət etmək imkanı, onları dərman çatdırılmasında ideal namizədlərə çevirmişdir. Biouyğun və biodeqradasiya olunan polimer əsaslı daşıyıcı sistemlərin tətbiqi, terapevtik agentlərin effektivliyini artırmaqla yanaşı, onların toksikliyini və arzuolunmaz farmakoloji təsirlərini əhəmiyyətli dərəcədə azaldır. Bu məqalədə polimer sistemlərin növləri, rolu, onların dərman daşınmasında tətbiq sahələri və əhəmiyyəti ətraflı şəkildə təhlil edilmişdir. Xüsusilə nanohissəciklər və ağıllı polimer sistemlər dərmanların farmakokinetikasını təkmilləşdirməyə, bioloji baryerləri aşmağa və müalicənin dəqiqliyini artırmağa imkan verir. Bu sahədə aparılan tədqiqatlar son bir neçə onillikdə çoxlu sayda müxtəlif xəstəliklərin müalicəsi üçün bioaktiv maddələrin təhlükəsiz və effektiv çatdırılmasını təmin etməklə uğur qazanmışdır. Məqalədə həmçinin polimer sistemlərin onkologiya sahəsində geniş tətbiq perspektivləri də nəzərdən keçirilmiş və dərmanların xərçəng kimi ağır xəstəliklərin müalicəsində ünvanlı şəkildə çatdırılması üçün polimer əsaslı sistemlərdən geniş istifadə olunması vurğulanmışdır.
doi.org/10.32737/0005-2531-2025-4-6-22
№4 2025







.png)