Təbib alümosilikatlar əsasında effektiv adsorbentlərin və katalizatorların hazırlanması ücün müxtəlif faktorlardan asılı olaraq onların məsaməli qurluşlarını və parametrlərinin tənzimləmək vacibdir. Təbii və modifikasiya olunmuş montmorilonit nümunələrinin məsaməli quruluş xüsusiyyətləri su və benzol buxarlarının adsorbsiyası vasitısi ilə tədqiq edilmiş, kinetik xüsusiyyətləri də öyrənilmişdi. Modifikasiya olunmuş montmorillonit nümunələrinin tekstur göstəriciləri benzol və su molekullarının adsorbsiyası izotermlərinə əsasən tədqiq edilərək, onların məsamələrinin həcminin radiusa görə paylanması müəyyən edilmişdir. Alinan nəticələrə əsasən təztiq artdıdca monmorillonitdəki məsamələrin xüsusi həcmi və məsamələrin effektiv diametri artır. Bu sorbentdə daha çox inkişaf etmiş mezoməsamələrin möcud oldugunu göstərir. Təbii və modifikasiya olunmuş montmorillonitin adsorbsiya-struktur xüsusiyyətlərinin tədqiqi nəticəsində məlum olmuşdur ki,monmorilloniti müxtəlif metalların duzlarının sulu məhlulları ilə işlədikdən sonra monmorillonitin xüsusi səth sahəsi və ümumi məsamə həcmi artır.









.png)