ISSN 0005-2531 (Print) ISSN 2522-1841 (Online)
AĞIR METALLARLA ÇİRKLƏNMİŞ SULARIN TƏMİZLƏNMƏSİ ÜÇÜN QARPIZ QABIĞI ADSORBENTİ: RSM OPTİMALLAŞDIRILMASI ÜÇÜN GAUSSIAN PROSES REQRESSİYASI
M. Abubakar, Y. A. Musti, I. U. Usman, U. Ç. Ulakpa, A. M. Abubakar, M. Al-Hedrevy

Bu tədqiqat işində Ngomari Bus Stop ərazisindən götürülmüş su nümunəsində ağır metalların aşağı qiymətli kənd təsərrüfatı tullantısı mənşəli biosorbentdən (qarpız qabığından WMR) istifadə etməklə təmizlənməsi qiymətləndi-rilmişdir. Təmas müddətinin, adsorbent dozasının və ilkin metal qatılığının çıxarılma faizi və adsorbsiya tutumuna (qₑ) təsiri araşdırılmışdır. Atom-absorbsion spektrometriya (AAS) analizi nəticəsində biosorbsiya prosesindən əvvəl su nümunəsində arsen (As), kadmium (Cd), xrom (Cr), mis (Cu) və qurğuşunun (Pb) müvafiq olaraq 0,004; 0,170; 0,199; 0,286 və 0,201 q/100 ml qatılığında mövcud olduğu müəyyən edilmişdir. Qarpız qabığının ilkin Furye çevrilməli infra-qırmızı spektroskopiya (FTIR) analizi onun səthində metal ionları ilə asanlıqla bağlana bilən karboksil və hidroksil qruplarının mövcudluğunu göstərmiş və bununla da ağır metalların sudan çıxarılması üçün effektiv biosorbent olduğunu təsdiqləmişdir. Biosorbsiya nəticəsində qeyd olunan elementlərin qatılıqlarında əhəmiyyətli azalma müşahidə edilmiş-dir. Xüsusilə, arsen üçün optimal biosorbent dozası, məhlul konsentrasiyası və təmas müddəti müvafiq olaraq 0,1 q, 100 mq/l və 120 dəqiqə, digər metallar üçün isə 70 dəqiqə olduqda ən yüksək sorbsiya səmərəliliyi əldə edilmişdir. Optimal şəraitlərin seçilməsi üçün Cavab Səthi Metodologiyası (RSM) əsasında Eksperimentlərin Planlaşdırılması (DOE) nəticələrindən istifadə edilmiş və mövcud məlumatlar Qauss Proses Regressiyası (GPR) vasitəsilə təhlil edilmişdir. GPR analizi zamanı seçilmiş Radial Əsas Funksiya (RBF) nüvəsinin White Kernel ilə kombinasiyası qarpız qabığının bütün ağır metalların adsorbsiyasında yüksək effektivliyini təsdiqləmiş, bütün hallarda determinasiya əmsalının (R2) 0,995-dən böyük olduğu müəyyən edilmişdir. Tədqiqat nəticəsində çıxarılma faizi üçün ikinci tərtibli kvadratik reqressiya modeli, adsorbsiya tutumu (qₑ) üçün isə birinci tərtibli xətti reqressiya modeli şəklində simvolik GPR modelləri əldə edilmişdir. Bundan əlavə, biosorbsiya prosesindən sonra qarpız qabığının təkrar istifadə imkanlarının qiymətləndirilməsi məqsədilə desorbsiya tədqiqatlarının aparılması, həmçinin WMR əsaslı sorbsiya proseslərinin iqtisadi səmərəliliyinin araşdırılması tövsiyə olunur. Bu tədqiqatlar həmin materialın çirkab suların təmizlənməsi sahəsində gələcək tətbiq perspektivlərinin daha dəqiq müəyyənləşdirilməsinə və digər sorbentlərlə müqayisəsinə imkan verəcəkdir.

Açar sözlər : Qarpız qabığı, Gaussian Proses Regressiyası, Ngomari Avtobus dayanacağı, Ağır metalların çıxarılması, Radial Baza Funksiyası
Məqaləyə baxın
QEYDİYYAT
JURNALIN SONUNCU SAYI
№3 2026
MÜNDƏRİCAT
- TURŞ ELEKTROLİTDƏN SÜRMƏ İONLARININ ELEKTROREDUKSİYA PROSESİNİN ÖYRƏNİLMƏSİN.A. Əliyeva Məmmədova, S.F. Cəfərova, S.P. Cavadova, Ş.A. İbrahimova, A.A. Əliyev, S.D. Dadaşova, M.F. Nəbiyeva, M.T.Abbasov, H.Ç. Əliyeva, D.B. Tağıyev
- AĞIR METALLARLA ÇİRKLƏNMİŞ SULARIN TƏMİZLƏNMƏSİ ÜÇÜN QARPIZ QABIĞI ADSORBENTİ: RSM OPTİMALLAŞDIRILMASI ÜÇÜN GAUSSIAN PROSES REQRESSİYASIM. Abubakar, Y. A. Musti, I. U. Usman, U. Ç. Ulakpa, A. M. Abubakar, M. Al-HedrevyDavamı