ISSN 0005-2531 (Print) ISSN 2522-1841 (Online)
VOLFRAMIN(VI) 2,6-DITIOL-4-tret-BUTILFENOL VƏ AMINOFENOLLARLA KOMPLEKSLƏRININ SPEKTROFOTOMETRIK TƏDQIQI
K.Ə.Quliyev, N.A.Verdizadə, N.S.Yunusova

 2,6-ditiol-4-tret-butilfenol volframla(VI) qeyri-polyar üzvi həlledicilərdə həll olmayan rəngli kompleks əmələ gətirir.Elektromiqrasiya və U-şəkilli boruda aparılan təcrübələr eyniligandlı kompleksin anion xarakterli olduğunu göstərdi.Sistemə aminofenollar daxil etdikdə bu kompleks müxtəlifliqandlı kompleks şəklində üzvi fazaya keçir.Aminofenollardan 2-(N,N-dimetilaminometil)-4-metilfenol və 2-(N,N-dimetilaminometil)-4-xlorfenol istifadə edilmişdir. Müxtəlifliqandlı komplekslərin maksimal ekstraksiyası  рН =4.2–5.4-də müşahidə olunur. İşıqudma spektrində maksimum 480–490 nm-də müşahidə olunur. Molyar işıqudma əmsalı  (3.7–3.9)×104

Açar sözlər : volfram(VI), 2,6-ditiol-4-tret-butilfenol, aminofenol, ekstraksiya-fotometrik üsul
Məqaləyə baxın
QEYDİYYAT
JURNALIN SONUNCU SAYI
№3 2026
MÜNDƏRİCAT
- TURŞ ELEKTROLİTDƏN SÜRMƏ İONLARININ ELEKTROREDUKSİYA PROSESİNİN ÖYRƏNİLMƏSİN.A. Əliyeva Məmmədova, S.F. Cəfərova, S.P. Cavadova, Ş.A. İbrahimova, A.A. Əliyev, S.D. Dadaşova, M.F. Nəbiyeva, M.T.Abbasov, H.Ç. Əliyeva, D.B. Tağıyev
- AĞIR METALLARLA ÇİRKLƏNMİŞ SULARIN TƏMİZLƏNMƏSİ ÜÇÜN QARPIZ QABIĞI ADSORBENTİ: RSM OPTİMALLAŞDIRILMASI ÜÇÜN GAUSSIAN PROSES REQRESSİYASIM. Abubakar, Y. A. Musti, I. U. Usman, U. Ç. Ulakpa, A. M. Abubakar, M. Al-HedrevyDavamı